| 
								 
								
								Aprelin 27-də görkəmli folklorşünas Bəhlul 
								Abdullayevin 70 illik yubileyi keçirilmişdir.
								
								
								Yubileyin keçirilməsinin təşəbbüsçüsü "Dünya" 
								məktəbinin direktoru Nailə İsayeva və Xəzər 
								Universitetinin rektoru Hamlet İsaxanlı 
								olmuşlar.  
								
								
								Yubiley alimin yazdığı "Mənim doğma məktəbim" 
								mahnısı ilə açılıb. "Dünya" məktəbi alimin 70 
								illik yubileyi ilə bağlı "Bəhlul Abdulla-sevgi 
								dolu alim və pedaqoq" adlı kitab da nəşr 
								etdirib. Kitabda akademik Teymur Bünyadov, 
								professor Hamlet İsaxanlı, "Dünya" məktəbinin 
								direktoru Nailə İsayeva, professor İsrafil 
								Abbaslı, professor Qəzənfər Paşayev və digər 
								məsləkdaşları, tələbələr, şagirdlər ürək 
								sözlərini yazıblar. 
								
								
								"Zirvəyə doğru", "Bilik və təcrübəsini 
								paylaşmaqdan həzz alan alim", "Sevgi dolu alim 
								və pedadoq", "Müəllim, alim Bəhlul Abdulla, 
								yaxud üç yetimdən biri", "Folklorumuza vicdanla 
								xidmət edən alim haqqında söz", "Sevimli 
								müəllimimiz" və s. başlıqlarla təbriklər və ürək 
								sözləri qələmə alınıb.  
								
								
								"Dünya" məktəbinin şagirdlərinin iştirak 
								etdikləri yubiley tədbirində əməkdar elm xadimi 
								B.Abdullayev məktəbin direktoru Nailə İsayevaya 
								və Xəzər Universitetinin rektoru Hamlet 
								İsaxanlıya, alim dostlarına razılığını bildirib.
								 
								
								
								
								Pərvinə ABBASOVA, 
								BDU-nun jurnalistika  
								fakültəsinin IV kurs tələbəsi 
								  |