| 
								 
								
								 Bakıdakı 
								261 nömrəli orta məktəbdə "Fizika gecəsi" 
								keçirilib.  
								
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Abuzər Əsədov bildirib ki, artıq ənənə şəklini 
								alan fənn  gecələrinin təşkili rəhbərlik etdiyi  
								məktəbdə özünü doğruldub. Bu gecələrin 
								keçirilməsi fənlərin tədrisi keyfiyyətinin 
								yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə 
								xidmət edir. Belə tədbirlər proqram 
								materiallarının dərindən mənimsənilməsinə kömək 
								etməklə yanaşı, şagirdlərin fənnə həvəsini 
								artırır, dünyagörüşünü genişləndirir, elmi 
								məlumatlarını zənginləşdirir.  
								
								
								Sonra şagirdlər tanınmış fiziklərin həyatından 
								danışıblar. Gecədə fizikaya aid təcrübələr 
								aparılıb, tapmacalar və səhnəciklər  göstərilib. 
								
								
								Xətai Rayon İcra Hakimiyyətinin  təhsil, səhiyyə 
								və mədəniyyət  şöbəsinin  əməkdaşı Qüdrət  
								Səfərov, ADPU-nun professoru Şükür Əlizadə, 
								dosent Əfqan Kərimov və başqaları keçirilən 
								tədbirin əhəmiyyətindən danışıb və məktəblilərlə 
								birgə olmalarından məmnun olduqlarını 
								bildiriblər.  
								
								
								Gecədə fənn olimpiadasının  şəhər turunda   I 
								yer tutan IX "A" sinif şagirdi   Turan 
								İsgəndərzadə və XI "A" sinif şagirdi Zülfiyyə 
								Heydərliyə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								Fəxri fərmanı təqdim  olunub.  
								
								
								Tədbir diskussiya şəklində başa çatıb.   
								
								
								
								Şakir CƏFƏROV  |