| 
								 
								
								 Aprelin 
								7-də Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə 
								İşi Mərkəzinin uşaq şəhərciyində Bakı Şəhər 
								Dövlət Yol Polisi İdarəsi, Xətai Rayon Polis 
								İdarəsi və mərkəzin təşkilatçılığı ilə tədbir 
								keçirildi. 
								
								Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci 
								ildönümü münasibətilə "Diqqət, piyada" devizi 
								altında hərəkətin təhlükəsizliyi aylığı 
								çərçivəsində "Yol hərəkəti qaydaları və mən" 
								mövzusunda keçirilən tədbirdə mərkəzin müəllim 
								kollektivi, Azərbaycan Respublikası DİN Baş 
								Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis 
								polkovnik-leytenantı Kamran Əliyev, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin məsləhətçisi Rövşən 
								Əliyev, KİV nümayəndələri,  Bakı rayonlarının 
								müxtəlif məktəblərindən  200-ə yaxın şagird və 
								digər şəxslər iştirak edirdilər. 
								
								
								Mərkəzin direktoru Rafiq Kazımov belə 
								tədbirlərin keçirilməsinin əhəmiyyətini 
								vurğulayaraq bildirdi ki, uşaqların yol hərəkəti 
								qaydalarını məktəb yaşlarında öyrənmələri və 
								buna əməl etmələri vacib amillərdəndir. Biz 
								çalışmalıyıq ki, şagirdlərimiz hərtərəfli 
								biliklərə yiyələnməklə yanaşı, hər gün 
								rastlaşdığımız problemlərə də hazır olsunlar. 
								Mərkəzdə şagirdlərin yol hərəkəti qaydalarının 
								öyrənilməsi üçün hər bir şəraitin olduğu qeyd 
								edildi. Bildirildi ki, mərkəz 1991-ci ildən 
								başlayaraq DYP ilə birgə "Yol hərəkəti 
								qaydaları" proqramı, "Uşaqlar və Yol 
								Təhlükəsizliyi Layihəsi"nə uygun məşğələlər, 
								gənc sürücülərin və fiqurlu velosiped sürənlərin 
								yarışlarını və s. təşkil etmişdir. Uşaqlarla 
								bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası 
								üzrə məktəb və məktəbəqədər tərbiyə 
								müəssisələrinin müəllimləri arasında 
								maarifləndirici tədbirlər nəticəsində minlərlə 
								uşağın həyatının itirilməsi və əlil olmasının 
								qarşısı alınmışdır.  
								
								
								Sonra polis polkovnik-leytenantı Kamran Əliyev 
								mərkəzlə Dövlət Yol Polisi İdarəsinin sıx 
								əməkdaşlıq etdiyini və bunun müsbət nəticələr 
								verdiyini qeyd etdi. Şagirdlərin maarifləndirmə 
								işi yüksək qiymətləndirilərək təqdirəlayiq hal 
								hesab edildi. 
								
								
								 Şagirdlərin ifasında yol polisi işçilərinə həsr 
								olunmuş şeirlər və mahnılar səsləndi. 
								
								
								Sonda uşaqlar yol hərəkəti ilə bağlı səhnəciklər 
								göstərərək kiçik maşın və velosipedlərlə 
								şəhərciyi dövrə vurdular.  
								
								
								
								Niyazi RƏHİMOV  |