| 
								 
								
								 Dünən 
								Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, 
								Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, 
								Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan 
								rayonlarının ümumtəhsil məktəblərinin XI 
								siniflərində buraxılış imtahanları keçirilib. XI 
								siniflər üzrə 54 imtahan mərkəzində 16681 şagird 
								imtahan verib. İmtahan ana dili, riyaziyyat, 
								Azərbaycan tarixi, fizika, kimya, biologiya, 
								coğrafiya və xarici dil fənlərindən aparılıb.
								 
								
								
								Bu gün isə həmin rayonların ümumtəhsil 
								məktəblərinin IX siniflərində təhsil alan 25586 
								şagird 57 imtahan mərkəzində ana dili və 
								riyaziyyat fənlərindən imtahan verirlər. 
								 
								
								
								Qeyd olunan bölgələr üzrə ötən tədris illərində 
								attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu 
								da dünən  18 imtahan mərkəzində imtahan verib. 
								
								
								Məlumat üçün bildiririk ki, XI siniflər üzrə 
								buraxılış imtahanlarının aparılmasına 3 saat, IX 
								siniflər üzrə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.  |