| 
								 
								
								Mayın 29-da  Rəşid Behbudov adına  Mahnı 
								Teatrında  Bakı Şəhər Gənclər və İdman Baş 
								İdarəsi ilə  46 nömrəli orta məktəbin  28 May 
								Respublika Gününə həsr olunmuş birgə "Mənim 
								Azərbaycanım" adlı bayram mərasimi keçirildi. 
								
								
								Tədbir Dövlət himninin ifası ilə başlandı. Sonra 
								46 nömrəli məktəbin bir qrup istedadlı şagirdi 
								böyük şairimiz  Səməd Vurğunun  "Azərbaycan" 
								şeirini ifa etdi. 
								
								
								Görkəmli müğənni Rəşid Behbudovun  əsrarəngiz 
								səsi salona yayıldı. Unudulmaz sənətkarımızın  
								ifasında  "Azərbaycan" mahnısı səslənirdi. 
								Səhnəyə çıxan məktəbli aparıcılar 92 il öncə 
								yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti, 
								onun fəaliyyət göstərdiyi qısa dövr ərzində 
								həyata keçirdiyi tədbirlər haqqında danışdılar. 
								Müstəqilliyimizin yenidən bərpa olunmasında, 
								demokratik Azərbaycan dövlətinin inkişafında  və 
								dünyada tanınmasında, dövlətçiliyimizin 
								möhkəmləndirilməsində ümummilli liderimiz Heydər 
								Əliyevin böyük xidmətləri qeyd olundu. Onun 
								müdrik siyasətinin bu gün ölkəmizin  Prezidenti  
								İlham Əliyev tərəfindən uğurla davam 
								etdirildiyi  vurğulandı. 
								
								
								Sonra yenidən meydan 46 nömrəli məktəbin 
								şagirdlərinə verildi. Onlar vətənə, torpağa, 
								müstəqilliyimizə həsr olunmuş  şeirlər 
								söylədilər, mahnılar oxudular. "Azərbaycan 
								inciləri" ansamblının çıxışı,  balaca 
								istedadların   söylədikləri  görkəmli  
								şairlərimiz  Məmməd  Arazın,  Qabilin 
								"Azərbaycan", "Azərbaycan əsgəri" şeirləri  
								iştirakçılar tərəfindən   alqışlarla   
								qarşılandı.  
								
								
								Bayram tədbirində iştirak  edən Bakı Şəhəri üzrə 
								Təhsil  İdarəsi müdirinin müavini Məhəmməd 
								Bayramov, 46 nömrəli məktəbin direktoru Sevinc 
								Budaqova uşaqların çıxışlarını yüksək 
								qiymətləndirib, tədbirin təşkilatçılarına 
								minnətdarlıqlarını bildirdilər. 
								
								
								Bayram tədbirinin yüksək səviyyədə  
								hazırlanması  və keçirilməsində  Bakı Şəhəri 
								Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri 
								Nəcəf Nəcəfovun, 46 nömrəli məktəbin 
								təlim-tərbiyə işləri üzrə direktor müavini 
								Gülüstan Ağazadənin, dil-ədəbiyyat müəllimi 
								İradə Ağayevanın, Mədəniyyət və Turizm 
								Nazirliyinin  əməkdaşı  Zemfira  Bağırovanın 
								zəhmətləri xüsusi qeyd olundu. 
								
								
								
								Yusif ƏLİYEV  |