| 
								 
								
								 Masallı 
								rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat 
								Məktəbinin uğurlarından danışarkən məktəbin 
								yetirməsi Sücaət   Orucovu xususi qeyd etmək  
								lazımdır. O, Respublika Şahmat  Mərkəzində bu il 
								martın 22-dən aprelin 2-dək yeniyetmələr 
								arasında keçirilən ölkə birinciliyində ən yüksək 
								nəticə göstərərək çempion adına layiq görülüb. 
								Hazırda  idman ustalığına  namizəd olan bu 
								yeniyetmə 2 dəfə Azərbaycan Şahmat  
								Olimpiadasının qalibi, 3 dəfə "Prezident 
								kuboku"nun mükafatçısı, dəfələrlə respublika 
								turnirlərinin qalibi, 2007-ci ilin gümüş 
								medalçısı, I Beynəlxalq Şahmat Festivalının - 
								"Gəncə-Open"in qalibi, 2007-ci ildə  
								Yunanıstanda keçirilmiş məktəblilərin dünya 
								birinciliyində 2-ci yerin sahibi, "Bakı-Open" 
								turnirinin və digər yarışların  mükafatçısıdır.
								 
								
								
								Bu gün Sücaət Orucov 16 yaşlılar arasında 
								Azərbaycanın ən güclü şahmatçısı kimi tanınır. 
								O, iyun ayında Avropa birinciliyində və 
								oktyabrda Yunanıstanda keçiriləcək dünya 
								birinciliyində ölkəmizi təmsil edəcək. Eyni 
								zamanda  avqustda Türkiyədə keçiriləcək dünya 
								olimpiadasında  da nəyə qadir olduğunu bir daha  
								göstərəcək. 
								
								
								Biz həmin yarışlarda  daha böyük qələbə qazanmaq 
								üçün gənc idmançıya uğurlar diləyirik. 
								
								
								
								Şakir CƏFƏROV  |