| 
								 
								
								Naxçıvan  Dövlət  Universitetinin tibb  
								fakültəsinin bir qrup tələbəsi Türkiyə 
								Cümhuriyyətinin  Kayseri - Erciyez, Elazığ - 
								Fırat və İzmit - Kocaeli universitetlərində 6 - 
								9 ay müddətində  internatura kursunda olmuşdur.
								 
								
								
								Bu yaxınlarda həmin  tələbələrlə  görüş 
								keçirilmişdir. Görüşdə çıxış  edən rektor, 
								akademik  İsa  Həbibbəyli    qardaş  
								respublikanın  ali  məktəbləri  ilə  bir  çox 
								sahələrdəki   sıx əməkdaşlıqdan söz açmış, belə 
								təcrübələrin  tələbələrin bilik və 
								bacarıqlarının  artırılmasına  xidmət etdiyini  
								vurğulamışdır. Qeyd olunmuşdur ki,   ölkədə  
								elmin, təhsilin  inkişafına, yüksək bilikli 
								kadrların  yetişməsinə  böyük  qayğı  var  və  
								bunun  nəticəsidir ki, bu gün ali məktəb 
								tələbələri  dünyanın  müxtəlif məşhur ali təhsil 
								müəssisələrində istehsalat  təcrübəsi, 
								internatura  kursları  keçir, dünya  elm 
								təcrübəsini öyrənərək milli  təhsil sistemində  
								tətbiq edirlər.  Cəmiyyətin  sağlam  gələcəyinin 
								savadlı həkimlərdən asılı   olduğunu  
								vurğulayan  rektor  muxtar  respublikada  
								Naxçıvan  MR  Ali  Məclisinin sədri Vasif 
								Talıbovun birbaşa tövsiyəsi və tapşırığı  
								əsasında  məzunların  istiqamətləndirilməsi,  
								təyinatlandırılması işinə xüsusi  diqqət 
								göstərildiyini, onların istər şəhər, istərsə də 
								rayon tibb ocaqlarında  işlə təmin olunduğunu 
								diqqətə çatdırmışdır.   
								
								
								Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov 
								çıxışında məzunları internatura dövründə 
								təqdirəlayiq fəallıqlarına görə təbrik etmiş, 
								onlara işgüzar həyatda uğurlar diləmişdir.
								 
								
								
								Tibb fakültəsinin dekanı, pedaqoji elmlər üzrə 
								fəlsəfə doktoru Bəhruz Məmmədov Naxçıvan  Dövlət 
								Universitetinin Türkiyə  Cümhuriyyətinin 
								universitetlərinin  tibb fakültələri ilə 
								əlaqələri, eləcə də 2009 - 2010-cu tədris ilində 
								Türkiyədə internatura kursu keçmiş tələbələr 
								haqqında danışmışdır. Məzunlardan Roza  
								Qasımova,  Anar Musayev çıxış edərək  muxtar  
								respublika və universitet  rəhbərliyinə bu 
								yüksək qayğıya görə minnətdarlıqlarını ifadə 
								etmişlər.  Tibb fakültəsinin məzunlarından 
								aspirant Elmar Rzayevin  tibb  elmləri üzrə  
								fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim 
								olunmuş dissertasiyasının avtoreferatı da tədbir 
								iştirakçılarına paylanmışdır. 
								
								
								Sonda universitet rəhbərliyi  tərəfindən 
								internatura keçmiş tələbələrə tibb sahəsinə aid 
								dərslik və  internatura keçdikləri ali 
								məktəblərin sertifikatları təqdim olunmuşdur. 
								
								
								
								Nərmin CƏFƏROVA  |