| 
								 
								
								Pərvın Hüseynov 1995-ci ildə Ağdamın Zəngişalı 
								kəndində anadan olub.Doqquzuncu sinif 
								şagirdidir. Cüdo güləş növü üzrə dəfələrlə 
								çempion adını qazanıb.   
								
								
								 İlk 
								qələbə sevincini isə cəmi 26 kq çəkisi olanda 
								yaşayıb. Ağdam Uşaq-Gənclər İdman Məktəbinin 
								cido üzrə açıq birinciliyində yüksək nəticə 
								göstərib. 
								
								
								2007-ci ildə Pərvin Hüseynov yeniyetmələr 
								arasında Respublika günü münasibətilə keçirilən 
								cüdo üzrə turnirdə 3-cü yeri tutub. Həmin ilin 
								iyulunda Maştağa Olimpiya İdman Mərkəzinin açıq 
								birinciliyində 27 kq çəki dərəcəsində ən yüksək 
								nəticə göstərib.  
								
								
								"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə 
								filialının açıq birinciliyində 2-ci yeri tutan 
								Pərvin bir ay sonra - iyunun 22-24-də cüdo idman 
								növü üzrə yeniyetmələr arasında  Silahlı 
								Qüvvələr gününə həsr olunmuş şəhərlərarası 
								respublika turnirində də uğur qazanıb. Həmin il 
								o, Ağdam Rayon  Uşaq-Gənclər İdman Məktəbinin 
								keçirdiyi yarışda da birinci olub. 
								
								
								2007-ci ilin avqustunda yeniyetmələr arasında 
								cüdo üzrə ənənəvi beynəlxalq "Leto-2007"  
								turnirində öz çəkisində bütün rəqiblərinə qalib 
								gəlmişdir. Həmin il  "Atilla" idman  klubunun  
								açıq birinciliyində də hamını üstələyib. 
								
								
								2008-ci ilin aprelində ümummilli lider  Heydər 
								Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr 
								olunmuş  1994-1996-cı il təvəllüdlü yeniyetmələr 
								arasında cüdo üzrə respublika miqyaslı turnirdə 
								1-ci pilləyə qalxıb.  
								
								
								2009-cu ilin fevralında "Kano" peşəkar cüdo 
								klubunun keçirdiyi yarışlarda 1995-96-cı 
								təvəllüdlülər arasında da qalib çıxıb. 
								
								
								Pərvinin qatıldığı ,qalib gəldiyi yarışların, 
								turnirlərin sayı onlarcadır. Onun yeni-yeni 
								uğurlar qazanması üçün oxuduğu Zəngişalı kənd 
								orta məktəbinin idman müəllimləri, xüsusilə də 
								məktəbin direktoru Leyla Məmmədova  əllərindən 
								gələn bütün köməklikləri edirlər.   
								
								
								Hazırda Pərvin Hüseynov var qüvvəsilə beynəlxalq 
								yarışlara  hazırlaşır. 
								
								
								
								ƏDALƏT  |