| 
								 
								
								Kurikulum islahatı respublikamızın hər yerində 
								olduğu kimi, Goranboy rayonunda da uğurla həyata 
								keçirilir. 2008-2009-cu dərs ilindən ümumtəhsil 
								məktəblərinin I siniflərində tədrisə yeni 
								kurikulumlarla başlanılmışdır. İbtidai sinif 
								müəllimləri kurikulum təlimi üzrə müvafiq 
								treninqlərdən keçmişlər. Treninqlərdə təlimin 
								yeni forma və üsulları barədə fikir mübadiləsi 
								aparılmış, kurikulumla işləyəcək müəllimlərə 
								metodik kömək göstərilmişdir.  
								
								
								RTŞ kurikulumun tətbiqi ilə bağlı 
								seminar-məşğələlərdə, rayonda təşkil edilmiş 
								"açıq dərs"lərdə müəllimlərin iştirakına hər cür 
								şərait yaratmışdır. 
								
								
								Mən Goranboy rayonu Ç.Hümbətov adına Yeniyol 
								kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə 
								direktor müavini vəzifəsində işləyirəm. Üzərimdə 
								olan məsuliyyəti tam dərk edirəm və məktəbdə 
								yeni kurikulumların geniş tətbiq olunması üçün 
								həvəslə, yorulmadan çalışıram. Tez-tez I və II 
								siniflərin dərslərini dinləyirəm. Dərslərin 
								müzakirəsində məktəbin digər fənn müəllimlərinin 
								iştirakını təmin edirəm. Məktəbdaxili fənn 
								metodbirləşmə iclaslarında, xüsusən də ibtidai 
								sinif müəllimləri ilə fikir mübadiləsi aparıram, 
								yeni təlim metodlarının tətbiqində onların 
								rastlaşdığı problemlərin həll olunması üçün 
								metodik tövsiyələr verirəm. Müəllimlərə izah 
								edirəm ki, yeni təlim metodlarının tətbiqi 
								şagirdləri fəallaşdırır, sərbəst fikir 
								yürütmələrinə, müstəqil biliklər əldə etmələrinə 
								imkan verir, I və II siniflərin dərslərində 
								məktəbin digər müəllimlərinin iştirak etməsi 
								üçün şərait yaradıram. Onlar əyani şəkildə 
								görürlər ki, fəal təlim nəticəsində şagirdlər 
								sərbəst, müstəqil şəkildə biliklərə yiyələnir, 
								onların məntiqi, yaradıcı təfəkkürü inkişaf 
								edir. 
								
								
								Fəal təlimin tətbiqində bəzi müəllimlərimiz 
								problemlərlə üzləşirlər. Bu problemləri həll 
								etmək üçün RTŞ bizə çox kömək edir. RTŞ-də və 
								müxtəlif məktəblərdə seminarlar keçirilir, 
								problemlər ətrafında diskussiyalar, müzakirələr 
								aparılır, məktəblərdə müəllimlərin "açıq 
								dərs"lərdə iştirakı təmin olunur, qarşıya çıxan 
								problemlər həll edilir. "Açıq dərs"lərin 
								keçirilməsi müəllimlərin fəal təlim 
								metodlarından səmərəli istifadə etməsinə, öz 
								aralarında təcrübə mübadiləsi aparmasına və s. 
								çox kömək göstərir.  
								
								
								
								Ramiz HƏSƏNOV, 
								Goranboy rayonundakı Ç.Hümbətov adına Yeniyol 
								kənd orta məktəbinin direktor müavini  |