| 
								 
								
								
								Finala vəsiqə 
								
								  
								
								
								Aysun Bədəlova Ağcabədi şəhər 2 nömrəli orta 
								məktəbin IV sinfində oxuyur. Şahmatı çox sevdiyi 
								üçün 2007-ci ildən rayonun Uşaq-Gənclər Şahmat 
								Məktəbində məşğul olur. Burada keçirilən təlim 
								məşqlərində həmişə fəallıq göstərir. Elə bunun 
								nəticəsidir ki, Aysun 2009-cu il 7-17 dekabr 
								tarixlərində Astara şəhərində keçirilmiş Dünya 
								Azərbaycanlılarının Həmrəylik Gününə həsr 
								olunmuş Açıq Respublika Şahmat turnirində III 
								yerə, 2010-cu il 1-10 fevral tarixlərində Bakı 
								şəhərində keçirilmiş 2 Fevral - Gənclər Gününə 
								həsr olunmuş şahmat turnirində II yerə, 2010-cu 
								il 9-18 mart tarixlərində isə Saatlı rayonunda 
								keçirilmiş uşaq-gənclər şahmat məktəbləri 
								komandalarının respublika birinciliyinin zona 
								yarışında II yeri tutaraq finala vəsiqə 
								qazanıb.  
								
								
								
								Respublika müsabiqəsinin qalibi  
								
								
								Əşrəf Paşayev Ağcabədi şəhər 3 nömrəli 
								məktəb-liseydə yaxşı qiymətlərlə oxumaqla 
								bərabər, rayon texniki yaradıcılıq mərkəzinin 
								dərnək üzvüdür. 
								
								
								"Əyləncəli fizika" dərnəyinin rəhbəri Fazil 
								Alıyev onun gələcəyinə böyük ümidlər bəsləyir. 
								Təsadüfi deyildir ki, Əşrəf dəfələrlə bu 
								ümidləri doğruldaraq rayon, zona, respublika 
								müsabiqələrində I yeri tutmuşdur. Onun 
								hazırladığı məişət texnikası modeli 2010-cu ilin 
								aprelində Təhsil Nazirliyinin səmərələşdirici və 
								ixtiraçılıq diplomuna layiq görülüb. 
								
								
								Hazırda Əşrəf yeni modellər üzərində işləyir.  
								
								
								
								Elnay QALİBOĞLU, 
								Cavid ƏMRAHOV, 
								Bakı Avrasiya Universitetinin IV kurs tələbələri
								  |