| 
								 
								
								İyunun 16-da "Excelsior" otelində Azərbaycan 
								gənclərini Kipr Beynəlxalq Universitetində 
								təhsil almağa cəlb  etmək məqsədi ilə 
								universitetin  təqdimat mərasimi keçirildi. 
								Tədbirdə  Təhsil Nazirliyinin  nümayəndəsi, 
								məktəb direktorları, müəllimlər  və digər 
								qonaqlar iştirak edirdilər.  
								
								
								Tədbir Kipr Beynəlxalq Universitetinin 
								Azərbaycandakı təmsilçisi "Millenium" turizm 
								şirkətinin təşkilatçılığı ilə 
								gerçəkləşmişdir.Tədbirdə  çıxış edən Kipr 
								Beynəlxalq Universitetinin rektoru Mehmet 
								Yüksələn ölkələrimiz arasında mövcud siyasi, 
								iqtisadi, mədəni əlaqələrdən danışdı. 
								Universitetləri haqqında məlumat verərək qeyd 
								etdi ki, bu təhsil ocağında dünyanın 28 
								ölkəsindən 5 minə  yaxın tələbə təhsil alır. 
								Burada  tələbələrə 7 ixtisas üzrə təhsil almaq 
								üçün lazımi şərait yaradılıb.  Tədbirdə iştirak 
								edən Təhsil Nazirliyinin  şöbə müdiri Qulu 
								Novruzov  ölkə Prezidenti İlham Əliyevin müvafiq 
								Sərəncamı ilə təsdiq  edilmiş "2007- 2015-ci 
								illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  
								təhsili üzrə Dövlət Proqramı"nın uğurla həyata 
								keçirilməsindən  danışdı. 
								
								
								Sonda tədbir iştirakçılarını maraqlandıran 
								suallara  cavablar  verildi.  
								
								
								
								Şakir DAYANDUROĞLU  |