| 
								 
								
								Bu günlərdə Bakı Uşaq Teatrının nəzdindəki 
								xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət 
								teatr studiyası ilk tamaşasını  göstərdi. Uşaq 
								nağıllarının qəhrəmanları olan Qırmızı papaq, 
								Tıq-tıq xanım, Göyçək Fatma, Ovçu Pirim kimi 
								obrazları  canlandıran uşaqlar heç də əsl 
								aktyorlardan geri qalmırdılar. Onların 
								hazırladıqları  səhnəcikləri  izləyən uşaqlar 
								xeyli məmnun qaldılar. 
								
								
								Qeyd edək ki, teatr studiyasının digərlərindən 
								fərqi ondan ibarətdir ki, burada məşğul olan 
								uşaqların  genetik qüsurları nəzərə alınmaqla 
								onlara uyğun müvafiq rollar verilir. Elə bunun 
								sayəsində də balacalar qüsurlarını o qədər hiss 
								etmir, yaşıdlarına bir nümunə olmaqla yanaşı, 
								özlərini lazımlı insan sayırlar. Belə uşaqların 
								özlərinə qapanmaması, cəmiyyətdən təcrid 
								olunmaması  üçün  yaradılan  teatr  studiyasında 
								onlarla  peşəkar aktyorlar məşq keçirlər. 
								
								
								
								S.KƏRİMOVA  |