| 
								 
								
								Sentyabrın 28-də "British Council"in  
								Azərbaycandakı ofisinin direktoru  Paul 
								Klementson və Proqramlar üzrə  direktoru Nigar 
								Baimova  Azərbaycan Dillər Universitetində (ADU) 
								oldular.   
								
								
								Tədbirdə  "British Council" ilə əməkdaşlıqdan, 
								universitetlərarası əlaqələrin qurulmasından 
								danışıldı. ADU-nun Tədris işləri üzrə 
								prorektoru, professor Natiq Yusifov və  
								Beynəlxalq əlaqələr üzrə prorektoru  Jalə 
								Qəribova  ingilis dilinin  keyfiyyətinin 
								artırılmasında "British Council" ilə 
								əməkdaşlığın daha da gücləndirilməsinin  vacib  
								olduğunu bildirdilər.  İngilis dilinin 
								metodikası kafedrasının müdiri Gülnar 
								Hüseynzadə  isə dedi ki, "British Council" ilə 
								əməkdaşlıq zəruridir:  "Biz tələbələrə ingilis 
								dilini mükəmməl şəkildə öyrətmək istəyirik. Buna 
								görə də "British Council"in bizə bu işdə 
								köməklik göstərməsini istərdik".  Görüş zamanı 
								müzakirə edilən məsələlərdən biri də kitabxana 
								profilinin daha da genişləndirilməsi oldu. 
								
								
								"British Council"in direktoru  Paul Klementson  
								bir çox layihələrin keçirilməsinin məqsədəuyğun 
								olduğunu bildirdi.  
								
								
								Tədbirin sonunda iştirakçılar ADU-nun 
								İnformasiya Resurs Kompleksi ilə tanış oldular. 
								İRK-nın direktoru Şəhla  Xudiyeva qonaqlara 
								kompleks və orada olan mərkəzlər haqqında 
								məlumat verdi.   
								
								
								Xatırladaq ki, ötən il oktyabrın 23-də 
								Azərbaycan Dillər Universiteti ilə "British 
								Council" arasında qarşılıqlı əməkdaşlıq haqqında 
								müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, 
								"British Council" ADU-ya kitab fondu hədiyyə 
								etmişdir.  
								
								
								
								Zeynəb KAZIMOVA  |