| 
								 
								
								Sentyabrın 20-də Dövlət Musiqili Komediya 
								Teatrında valideyn himayəsindən məhrum olmuş 
								uşaqlara qayğı göstərən "SOS Uşaq Kəndləri 
								Azərbaycan Assosiasiyası"nın Azərbaycanda ilk 
								mobil operator olan "Bakcell" şirkəti ilə birgə 
								tədbiri keçirilib. 
								
								
								Uşaqlar Beynəlxalq Sülh Gününə həsr edilmiş 
								tədbirdə "Uşaqlar sülhə səsləyir" adlı rəngarəng 
								konsert proqramı ilə çıxış ediblər. 
								
								
								Konsertdə "Bakcell"in "Bakcell stars" adlı 
								korporativ sosial məsuliyyət proqramı 
								çərçivəsində "SOS Uşaq Kəndləri Azərbaycan 
								Assosiasiyası" ilə birgə həyata keçirdiyi 
								layihədə iştirak edən uşaqlardan ibarət xor 
								kollektivinin gözəl ifaları səslənib. 
								
								
								Şənlikdə Gəncə SOS Uşaq Kəndinin balaca 
								sakinləri də maraqlı rəqs proqramı ilə çıxış 
								ediblər.  
								
								
								Tədbir  çərçivəsində sülh mövzusunda  çəkilmiş 
								rəsm müsabiqəsinin qalibləri 
								mükafatlandırılıblar. Sonra isə  istedadlı 
								uşaqların rəsm işlərindən ibarət sərgiyə baxış 
								keçirilib. 
								
								
								"Bakcell" SOS Uşaq kəndlərinin layihəsinin 
								genişlənməsinə dəstək məqsədi ilə həmin gün SMS 
								kampaniyasına başlayıb. 
								
								
								Sifai SƏFƏROVA  |