| 
								 
								
								 Dizayn, 
								quruluş və məzmun baxımından müvafiq tələblərə 
								cavab verən yeni sayt "Azərbaycan müəllimi" 
								qəzetinin ictimaiyyət arasında daha geniş 
								yayılması işinə xidmət edir və dövlətin təhsil 
								siyasətinə uyğun olaraq görülən işləri əks 
								etdirən materialların, operativ informasiyaların, 
								ölkə təhsilində əldə olunan uğurlar və qarşıda 
								duran vəzifələr haqqında dolğun məlumatların, 
								pedaqoji yazıların, təhsil nazirinin əmrlərinin, 
								müsahibə və çıxışlarının, təhsil sahəsinin 
								müxtəlif istiqamətləri üzrə tətbiq edilən 
								yeniliklərin təhlilinə aid məqalələrin vahid 
								mənbədə cəmləşməsi baxımından mühüm əhəmiyyət 
								daşıyır. 
								
								
								Struktur, funksionallıq və zəngin məlumat bazası 
								ilə fərqlənən saytda istifadəçilər Azərbaycan 
								Respublikası Prezidentinin təhsil sahəsinə aid 
								Fərman və Sərəncamları, Heydər Əliyev Fondunun 
								ölkə təhsilinin inkişafına verdiyi töhfələr, 
								idman yenilikləri ilə bağlı bütün gərəkli 
								məlumatları ala bilərlər. Fotoqalereya bölməsi 
								ölkəmizin təhsil həyatındakı dinamik inkişaf 
								prosesini, baş verən əlamətdar hadisələri və 
								yenilikləri əks etdirən şəkillərlə zəngindir. 
								Aktuallığını nəzərə alaraq təhsil nazirinin 
								çıxışları və dünya universitetləri haqqında "Azərbaycan 
								müəllimi" qəzetində dərc olunmuş yazılar üçün 
								ayrıca banerlər yaradılıb.    
								
								
								Saytın istifadə rahatlığı üçün ən çox müraciət 
								olunan bölmələr ana səhifədə cəmləşdirilib. 
								Mükəmməl axtarış sistemi və zəngin arxiv 
								sayəsində istifadəçilər hər hansı bir məlumatı 
								asanlıqla əldə edəcəklər. Eləcə də, müallim@edu.gov.az 
								elektron ünvanı istifadəçilərin ixtiyarına 
								verilib.   
								
								
								Saytda yerləşdirilmiş faydalı banerlər 
								vasitəsilə istifadəçilər ölkə həyatına və 
								təhsilin müxtəlif sahələrinə aid daha ətraflı 
								məlumatlar ala biləcəklər.  |