| 
								 
								
								 Martın 
								6-da ADU-nun rektoru, millət  vəkili, professor 
								Səməd Seyidov  Liviyanın Azərbaycana  yeni təyin 
								olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad 
								Mustafa Mucbir ilə  görüşüb. Səfir bu günlərdə 
								Azərbaycan Respublikası Prezidentinə öz 
								etimadnaməsini təqdim etdiyini bildirib. 
								Ölkəmizə gəlməyindən özünü çox  xoşbəxt hiss 
								edən səfir 2000-ci ilin iyulunda mərhum 
								Prezident Heydər Əliyevlə görüşünü xatırladıb. 
								
								
								Görüşdə  regional məsələlər, bölgədə və dünyada 
								baş verən hadisələr ətrafında fikir mübadiləsi 
								aparılıb. Azərbaycanla Liviya arasında 
								münasibətlərin yüksək səviyyədə olduğu 
								vurğulanıb. 
								
								
								ADU-nun rektoru Səməd Seyidov bildirib ki, 
								Liviya bizim üçün dost  və yaxın bir ölkədir.  
								Bütün beynəlxalq təşkilatlarda Liviya 
								Azərbaycanın ədalətli mövqeyini həmişə  
								dəstəkləyib. O, ADU-nun Qərb universitetləri, 
								həmçinn Çin, Koreya, İndoneziya, Malayziyanın 
								müxtəlif ali məktəbləri ilə  əlaqələrinin 
								genişləndiyini və bu əlaqələrin Liviya 
								universitetləri ilə də yaradılmasının, 
								müəllim-tələbə mübadiləsinin  məqsədəmüvafiq 
								olduğunu vurğuladı.   
								
								
								Sonda Səməd Seyidov Liviyanın Azərbaycana təyin 
								olunmuş səfirini mühazirə  oxumaq üçün 
								universitetə dəvət etdi. Səfir Saad Mustafa 
								Mucbir bu təklifi məmnunluqla qəbul etdi.   
								
								
								
								Şakir CƏFƏROV  |