| 
								 
								
								Bu günlərdə Respublika Ekoloji Tərbiyə və 
								Təcrübəçilik Mərkəzində (RETTM) paytaxt 
								məktəbliləri arasında "Eko Erudit" ekoloji 
								breyn-rinq yarışması keçirilib.  RETTM-nin 
								Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi, Dövlət Neft Şirkəti və 46 nömrəli 
								Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə  birlikdə  
								keçirdiyi tədbirin əsas məqsədi məktəblilərin  
								ekoloji biliklərini artırmaq və onlarda  ətraf  
								mühitin  qorunmasına  maraq  oyatmaqdır. 
								 
								
								
								Yarışın yarımfinal mərhələsində mübarizə aparan 
								58 nömrəli orta məktəbin "Xəzər" komandası I, 
								194 nömrəli orta məktəbin "Günəş" komandası II, 
								269 nömrəli orta məktəbin  "Səma" komandası isə 
								III yerlərə  layiq görülüb. Qaliblərə diplom və 
								hədiyyələr təqdim edilib.    
								
								
								
								Samirə KƏRİMOVA  |