| 
								 
								
								Martın 4-də Azərbaycan Müəllimlər İnstitutunda 
								növbəti elmi konfrans keçirildi. Konfrans 
								tələbələrin elmi-tədqiqat işlərinə həsr 
								olunmuşdur. Konfransın plenar iclasını giriş 
								sözü ilə institutun tədris işləri üzrə 
								prorektoru, professor Şamil Qasımlı açaraq 
								tədbirin mahiyyətindən danışdı və işinə uğurlar 
								arzuladı. 
								
								
								Sonra "Azərbaycan Demokratik Respublikasında 
								təhsilin milliləşdirilməsi məsələləri" 
								mövzusunda pedaqoji fakültənin IV kurs tələbəsi 
								Sevinc Babayeva, "Müasir dövrdə depressiyanın 
								yaranma səbəbləri və onun aradan qaldırılması 
								yolları" mövzusunda isə pedaqogika və filologiya 
								fakültəsinin III kurs tələbəsi Solmaz Əliyeva 
								məruzə etdilər. Sonra konfrans öz işini iki 
								bölmədə davam etdirdi. Yekunda iştirakçılar 
								konfransın işini müzakirə etdilər. Hər iki bölmə 
								sədrləri konfransda müzakirə olunan işlərin 
								müəlliflər tərəfindən yüksək səviyyədə təhlil 
								olunduğunu və müzakirələrin səmərəli 
								keçirildiyini qeyd etdilər. 
								
								
								Tədbirin sonunda tələbələr hər zaman öz bilik və 
								bacarıqlarını nümayiş etdirə bilmələri üçün 
								yaradılan şəraitə görə institutun rektoru, 
								professor A.Naxçıvanlıya öz dərin 
								minnətdarlıqlarını bildirdilər.  
								
								
								
								R.ZİYADOV  |