| 
								 
								
								Tbilisidə keçirilən 1993-1995-ci il təvəllüdlü 
								yeniyetmələr arasında sərbəst güləş üzrə 
								beynəlxalq turnirə Respublika Olimpiya 
								Ehtiyatları Liseyinin pəhləvanları da dəvət 
								almışdı. Dünya çempionu Zaribeq Bariaşvilinin 
								xatirəsinə həsr olunmuş bu yarışda 10 komanda, 
								280 iştirakçının mübarizəsində azərbaycanlı 
								pəhləvanlardan 3-ü turnirin qalibi adına layiq 
								görülüb. Həmyerlilərimiz Xaqan Xəlilov və Kamran 
								Yunusov finalda erməni rəqiblərinə qalib 
								gəliblər. 
								
								
								Üçüncü qızıl medalımızın sahibi isə Əhməd 
								Əhmədov olub. Ümumkomanda hesabında 
								pəhləvanlarımız ikinci yerə çıxıblar. 
								
								
								
								ƏDALƏT  |