| 
								 
								
								Bakıdakı  10 nömrəli  körpələr evi-uşaq  
								bağçasında  "Buta" rəqs ansamblı  fəaliyyət 
								göstərir.   Ansamblın üzvləri milli və dünya 
								xalqlarının rəqslərini özünəməxsus  ustalıqla  
								ifa  edirlər. Bu  günlərdə bağçanın balaca 
								sakinləri - Aysu, Musa, Əli, Günay, Röya, 
								Solmaz, Venera və başqaları  "Novruz gəlir, yaz  
								gəlir" adlı  şənlikdə  yüksək əhvali-ruhiyyə ilə 
								iştirak edəcək,  rəngarəng  rəqsləri ilə 
								tamaşaçılarda xoş ovqat yaradacaqlar.  |