| 
								 
								
								 Oktyabrın 
								5-də Bakı Slavyan Universitetində Rusiya 
								Yazıçılar İttifaqının və Rusiyanın PEN klubunun 
								üzvü, müasir  rus nəsrinin görkəmli nümayəndəsi, 
								şair, esse ustası Boris Timofeyeviç Yevseyevlə 
								görüş keçirildi. Tədbirdə əvvəlcə  yazıçının 
								əsərlərinin təqdimatı oldu. Qeyd edildi ki, bu, 
								B.T.Yevseyevin BSU-ya ilk gəlişi deyildir. 
								2005-ci  ildə o, "Baran" adlı hekayələr 
								toplusunu, "Romançik" romanını Azərbaycan 
								oxucularına təqdim etmiş və müasir rus 
								ədəbiyyatı haqqında məruzələrlə tələbə  və  
								magistrantlar qarşısında çıxış etmişdir. 
								
								
								Budəfəki səfərində isə Boris Timofeyeviç "Nəsrdə 
								və  nəzmdə şüurluluq və təhtəlşüur (şüursuzluq)" 
								mövzusunda tələbə və  magistrantlara ustad dərsi 
								keçdi. 
								
								
								Tədbirdə yazıçının yaradıcılığı haqqında dəyərli 
								fikir söyləyən BSU-nun rektoru, professor Kamal 
								Abdullayev həm də B.T.Yevseyevin  universitetdə 
								bəzi tələbə və  magistrantların elmi rəhbəri 
								olduğunu da  diqqətə çatdırdı. 
								
								
								Sonra BSU-nun professoru Flora Hacıyeva, dosent 
								İlahə Carçıyeva, magistrant və tələbələr də  
								yazıçının yaradıcılığı  haqqında danışdılar. 
								
								
								Növbəti gün  universitetdə Boris Timofeyeviç 
								Yevseyevin "Müasir rus nəsrində ədəbi cərəyanlar 
								və meyillər" adlı məruzəsi rəğbətlə dinlənildi. 
								  
								
								
								
								Şakir CƏFƏROV  |