| 
								 
								
								Lənkəran Dövlət Universitetində "Dayanıqlı 
								inkişaf və idarəetmə" mövzusunda beynəlxalq elmi 
								seminar-konfrans keçirilmişdir. Konfransdan 
								əvvəl iştirakçılar universitetdə fəaliyyət 
								göstərən Heydər Əliyev muzeyinin eksponatları 
								ilə tanış olmuşlar. 
								
								
								 Konfransı 
								universitetin rektoru, fizika-riyaziyyat elmləri 
								doktoru, əməkdar elm xadimi, professor Asəf 
								İsgəndərov açaraq Azərbaycanın dayanıqlı 
								inkişafının əsasını təşkil edən Heydər Əliyev 
								siyasətinin tarixi dövrün yeni mərhələsində 
								dövlət başçısı İlham Əliyev tərəfindən uğurla 
								davam etdirilərək Azərbaycanın inkişaf modelinin 
								yaradıldığını, bu modelin daim müzakirə 
								olunduğunu və öyrənildiyini bildirdi. 
								
								
								Lənkəran Şəhər İcra Hakimiyyəti İctimai-siyasi 
								məsələlər şöbəsinin müdiri Əlimərdan Əliyev icra 
								hakimiyyətinin başçısı Tofiq İbrahimovun 
								təbrikini çatdırdı və konfransın işinə uğurlar 
								arzuladı. 
								
								
								Konfransda təbiətşünaslığın, humanitar elmlərin, 
								dövlət idarəçiliyinin, iqtisadiyyatın dayanıqlı 
								inkişafı ilə bağlı müasir problemlərə dair 
								məruzələr dinlənildi. Bu mövzularda çıxış edən 
								Qafqaz Universitetinin rektoru,  professor Ahmet 
								Saniç, Azərbaycan Turizm İnstitutunun rektoru, 
								professor Cəfər Cəfərov, M.V.Lomonosov adına 
								Moskva Dövlət Universitetinin professorları - 
								fizika-riyaziyyat elmləri doktoru Anatoli 
								Qriqoryeviç Yaqola və kimya elmləri doktoru 
								Gülnara Marafovna Kuramşina dayanıqlı inkişaf və 
								dayanıqlı idarəetmənin müxtəlif elm sahələri 
								tərəfindən tarix boyu öyrənildiyini bildirməklə 
								yanaşı, həm də bu tədqiqatların nəzəri və 
								praktik əhəmiyyətini təhlil etdilər. 
								
								
								Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin 
								başçısı Tofiq İbrahimov, rayon ictimaiyyətinin, 
								elm, təhsil müəssisələrinin nümayəndələri 
								iştirak edirdilər.  
								
								
								
								Hacı Etibar ƏHƏDOV, 
								LDU-nun Mətbuat və informasiya xidmətinin 
								rəhbəri  |