| 
								 
								
								Qax şəhərindəki 2 nömrəli məktəb-liseydə 2 ildən 
								artıqdır ki,fəaliyyət göstərən  "Kiçik 
								Akademiya"nın  istedadlı uşaqların üzə 
								çıxarılmasında  böyük rolu vardır. Hazırda 
								tərkibində 42 nəfər şagirdi birləşdirən "Kiçik 
								Akademiya"nın üzvləri məktəbdə  tez-tez maraqlı  
								tədbirlər keçirir,öz istedad və bacarıqlarını  
								nümayiş etdirirlər. Onların "Məktəb zəkalar 
								səltənətidir" mövzusunda keçirdikləri  tədbir 
								pedaqoji kollektivin dərin rəğbətini qazanıb və 
								məktəb  rəhbərliyi tərəfindən yüksək 
								qiymətləndirilib. Üzvlərinin sayının günbəgün 
								artması məktəb şagirdlərinin  fəallığına gözəl 
								nümunədir. 
								
								
								"Akademiya"nın fəaliyyəti bütövlükdə  tədris 
								ocağının uğurlarına  təkan verir. Bu işdə 
								öyrədənlərin əməyi  isə şagird nailiyyətl ilə 
								nəticələnir. 
								
								
								
								SİFAİ  |