| 
								 
								
								Bakıdakı 229 nömrəli orta  məktəbin pedaqoji 
								kollektivi  2010-2011-ci tədris  ilində böyüyən 
								nəslin təlim - tərbiyəsini yüksək səviyyədə 
								qurmaq,  qarşıya  qoyulan  vəzifələri  uğurla  
								həyata  keçirmək  üçün  ilk  gündən  ciddi səy 
								göstərir. 
								
								
								Bununla əlaqədar məktəbin direktoru Fəridə 
								Bağırova bildirdi ki, rəhbərlik etdiyi təhsil 
								ocağında ötən tədris ilinin nəticələri   
								sevindirici  olmuşdur. Belə ki, məktəbi bitirən 
								95 nəfər məzundan 55 nəfəri yüksək bal 
								toplayaraq ali məktəblərə qəbul olmuşdur. 
								Respublika üzrə keçirilən "Ən yaxşı ümumtəhsil 
								məktəbi" müsabiqəsində  iştirak etmək üçün 
								pedaqoji kollektiv üzvləri böyük səylə  çalışır. 
								Məktəbdə dərsin təkmilləşdirilməsi ilə əlaqədar 
								aparılan metodiki işlərə geniş yer verilir.  
								Keçilən dərslərin təkmilləşdirilməsi, proqram 
								materiallarının şagirdlər tərəfindən dərindən 
								mənimsənilməsi diqqət mərkəzində saxlanılır. 
								
								
								Hazırda  metodbirləşmə sədrlərinin rəhbərliyi 
								altında "açıq dərs"lərin aparılmağına aid  
								cədvəl tutulur, bu işlərin yüksək səviyyədə 
								həyata keçirilməsi üçün öncədən planlaşdırma 
								aparılır.   
								
								
								Həmçinin  pedaqoji şura və  metodbirləşmə 
								iclaslarında qabaqcıl müəllimlərin çıxışları 
								təşkil olunur, keçiriləcək seminar və 
								konfransların  vaxtı müəyyənləşdirilir. Belə 
								tədbirlərin keçirilməsində yenicə işə başlayan 
								gənc müəllimlər də   fəal iştirak edirlər.  
								
								
								
								Şakir CƏFƏROV  |