| 
								 
								
								Sentyabrın 29-da Təhsil Nazirliyində Bakı və 
								Sumqayıt şəhərlərində yerləşən və birbaşa 
								nazirlikdən maliyyələşən təhsil müəssisələrinin 
								baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə 
								keçirilmişdir.   
								
								
								 Təhsil 
								Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri 
								Şahrza Əliyevin sədrliyi ilə keçirilən 
								seminar-müşavirədə şöbənin əməkdaşları, Bakı və 
								Sumqayıt şəhərlərində yerləşən, birbaşa 
								nazirlikdən maliyyələşən təhsil müəssisələrinin 
								baş mühasibləri iştirak etmişlər. 
								Seminar-müşavirədə əsasən, aşağıdakı məsələlər 
								müzakirə olunmuşdur: 
								
								
								- Birbaşa Təhsil Nazirliyindən maliyyələşdirilən 
								xərclərin 2009-cu il üzrə icrası, 2010-cu ilin 9 
								ayı üzrə  icra vəziyyəti və 2011-ci ilin proqnoz 
								göstəriciləri, mövcud problemlər və qarşıda 
								duran vəzifələr.     
								
								
								- Beynəlxalq və Milli Mühasibat Uçotu 
								Standartlarının tətbiqi, problemlər və qarşıda 
								duran vəzifələr. 
								
								
								- Ali təhsil müəssisələrində yeni 
								maliyyələşdirmə mexanizminin tətbiqi işlərinin 
								gedişatının vəziyyəti və bu sahədə görüləcək 
								işlər. 
								
								
								- Əməkhaqlarının artımı ilə bağlı qarşıda duran 
								vəzifələr, ştat və tarifləşmə cədvəllərinin 
								yenidən hazırlanması ilə bağlı məsələlər. 
								
								
								- Rüblük və illik mühasibat hesabatlarının 
								təqdim edilməsi barədə bir sıra məsələlər, 
								təlimatlar, izahatlar və tövsiyələr. 
								
								
								- "İlk peşə-ixtisas təhsili müəssisələrinin 
								büdcə təminatı normativlərinin hesablanması 
								metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq 
								edilməsi haqqında Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 17 avqust 2010-cu il 
								tarixli, 150 nömrəli Qərarının icrası ilə bağlı 
								qarşıda duran vəzifələr. 
								
								
								Seminar-müşavirəni giriş sözü ilə açan 
								İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev 
								tədbirin gündəliyi barədə məlumat verdikdən 
								sonra 2009-cu ilin dövlət büdcəsi üzrə təhsil 
								xərclərinin icrası, 2010-cu ilə dövlət 
								büdcəsində nəzərdə tutulan təhsil xərcləri və 
								2011-ci ilə dövlət büdcəsinin proqnozlaşdırılan 
								gəlir və xərcləri, həmçinin bir sıra 
								göstəricilər barədə müqayisəli rəqəmləri tədbir 
								iştirakçılarının  nəzərinə çatdırmış və 
								bildirmişdir ki, təhsilə olan dövlət qayğısının 
								yüksək təzahürü kimi bu sferaya dövlət 
								büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə 
								əhəmiyyətli dərəcədə artır. Sonra Ş.Əliyev 
								keçirilən tədbirin əsas müzakirə mövzularının 
								hər biri barədə qısa məlumat verərək hazırda baş 
								mühasiblərin qarşısında duran vəzifələrdən 
								danışmışdır. Tədbirdə həmçinin İqtisadiyyat 
								şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar 
								Əsgərov birbaşa Təhsil Nazirliyindən 
								maliyyələşdirilən xərclərin "2009-cu il üzrə 
								icrası, 2010-cu ilin 9 ayı üzrə  icra vəziyyəti 
								və 2011-ci ilə proqnoz göstəriciləri, mövcud 
								problemlər və qarşıda duran vəzifələr", 
								Mühasibat uçotu və hesabat sektorunun müdiri 
								Fərhad Əliyev "Beynəlxalq və Milli Mühasibat 
								Uçotu Standartlarının tətbiqi, problemlər və 
								qarşıda duran vəzifələr", şöbənin baş 
								məsləhətçisi Zahid Nağıyev "Təhsil işçilərinin 
								əməkhaqlarının artımı ilə bağlı qarşıda duran 
								vəzifələr, ştat və tarifləşmə cədvəllərinin 
								yenidən hazırlanması ilə bağlı məsələlər", 
								Mühasibat uçotu və hesabat sektorunun baş 
								məsləhətçisi Akif Hacıyev "Rüblük və illik 
								mühasibat hesabatlarının təqdim edilməsi ilə 
								bağlı bir sıra məsələlər, təlimatlar, izahatlar 
								və tövsiyələr",  Plan-maliyyə sektorunun aparıcı 
								məsləhətçisi Ramil Orucov "Ali təhsil 
								müəssisələrində yeni maliyyələşdirmə 
								mexanizminin tətbiqi işlərinin gedişatının 
								vəziyyəti və bu sahədə görüləcək işlər" və həmin 
								sektorun baş məsləhətçisi Kəmalə Vəliyeva isə 
								"İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə 
								təminatı normativlərinin hesablanması metodikası 
								və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi 
								haqqında Azərbaycan Respublikası Nazirlər 
								Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 
								nömrəli Qərarının icrası vəziyyəti və bununla  
								bağlı qarşıda duran vəzifələr barədə məruzələrlə 
								çıxış etmiş, baş mühasibləri maraqlandıran 
								sualları cavablandırmışlar.   
								
								
								Seminar-müşavirənin sonunda İqtisadiyyat 
								şöbəsinin müdiri müzakirə olunan mövzular üzrə 
								bir sıra məqamlara aydınlıq gətirmiş, nazirliyin 
								rəhbərliyinin İqtisadiyyat şöbəsinin qarşısında 
								qoyduğu yeni tələblərdən söz açmış, bu 
								tələblərin yerinə yetirilməsi ilə bağlı tabe 
								təşkilatların  baş  mühasiblərinin üzərinə düşən 
								vəzifələri nəzərə çatdırmış və yekunda tədbir 
								iştirakçılarını maraqlandıran  əlavə  sualları 
								cavablandıraraq onlara  gələcək  işlərində  
								ugurlar  arzulamışdır.  |