| 
								 
								
								Son illər respublikanın (Naxçıvan MR istisna 
								olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə 
								liseylərində ümumi orta və tam orta təhsil 
								səviyyələri üzrə buraxılış imtahanlarının 
								mərkəzləşdirilmiş qaydada aparılması təhsilin 
								keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət 
								tərəfindən rəğbətlə qarşılanmışdır.  
								
								
								Buraxılış imtahanlarının yeni qaydada 
								aparılmasının son nəticədə təhsilin 
								keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən 
								biri olduğunu nəzərə alaraq   
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. 2010-2011-ci dərs ilində respublikanın bütün 
								ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna 
								olmaqla) və peşə liseylərində, ötən dərs 
								illərində buraxılış imtahanlarından qeyri-kafi 
								qiymət alan, müəyyən səbəblərdən ümumi orta və 
								tam orta təhsil səviyyəsini bitirməyən və 
								eksternat qaydasında imtahan vermək üçün 
								müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi 
								orta və tam orta təhsil səviyyələri üzrə 
								buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada 
								aparılsın. 
								
								
								2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış 
								imtahanı ana dili və riyaziyyat, tam orta təhsil 
								səviyyəsi üzrə buraxılış imtahanları ana dili və 
								ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, 
								fizika, kimya, biologiya, coğrafiya və xarici 
								dil fənlərindən keçirilsin.  
								
								
								3. Ümumtəhsil məktəblərində və peşə liseylərində 
								ümumi orta və tam orta təhsil səviyyələri üzrə 
								yoxlama imtahanları 2011-ci ilin 13 fevral - 17 
								aprel tarixlərində keçirilsin. 
								
								
								3.1. Ümumi orta və tam orta təhsil səviyyələri 
								üzrə yoxlama imtahanları aşağıdakı şəhər və 
								rayonlarda göstərilən tarixlərdə keçirilsin: 
								
								
								- Bakı şəhərində 13 fevral 2011-ci il tarixində; 
								
								
								- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, 
								Saatlı, Sabirabad,  Beyləqan, İmişli, Ucar, 
								Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral 
								2011-ci il tarixində; 
								
								
								- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, 
								Masallı, Salyan və Neftçala rayonlarında 13 mart 
								2011-ci il tarixində;  
								
								
								- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, 
								Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, 
								Göygöl, Xocavənd və Tərtər rayonlarında 27 mart 
								2011-ci il tarixində; 
								
								
								- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, 
								Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və 
								Yardımlı rayonlarında 03 aprel 2011-ci il 
								tarixində; 
								
								
								- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, 
								Siyəzən, Şabran və Xızı rayonlarında 10 aprel 
								2011-ci il tarixində; 
								
								
								- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, 
								Şəmkir, Tovuz və Yevlax rayonlarında 17 aprel 
								2011-ci il tarixində; 
								
								
								- Peşə liseylərində 27 fevral 2011-ci il 
								tarixində; 
								
								
								- Məcburi köçkün rayonlarının işğal altında olan 
								ərazilərində ümumtəhsil məktəblərində yoxlama 
								imtahanı onların məskunlaşdıqları şəhər və 
								rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə 
								müəyyənləşdirilmiş tarixdə.  
								
								
								3.2.Yoxlama imtahanının nəticələri keçirildiyi 
								tarixdə jurnala yazılsın və şagirdlərin fənlər 
								üzrə ikinci yarımillik qiymətləri yoxlama 
								imtahan nəticələri nəzərə alınmaqla çıxarılsın. 
								
								
								4. Ümumi orta və tam orta təhsil səviyyələri 
								üzrə buraxılış imtahanları aşağıdakı şəhər və 
								rayonlarda göstərilən tarixlərdə keçirilsin: 
								
								
								- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, 
								Saatlı, Sabirabad,  Beyləqan, İmişli, Ucar, 
								Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 
								2011-ci il tarixində; 
								
								
								- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, 
								Siyəzən, Şabran və Xızı rayonlarında  04  iyun  
								2011-ci  il tarixində; 
								
								
								- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, 
								Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və 
								Yardımlı rayonlarında 07 iyun 2011-ci il 
								tarixində; 
								
								
								- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, 
								Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, 
								Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 
								2011-ci il tarixində; 
								
								
								- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy,  
								Qazax,  Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 
								iyun 2011-ci il tarixində; 
								
								
								- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, 
								Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 
								2011-ci il tarixində;  
								
								
								- Bakı şəhərində 17 iyun 2011-ci il tarixində; 
								
								
								- Peşə liseylərində 24 aprel 2011-ci il 
								tarixində; 
								
								
								- Məcburi köçkün rayonlarının işğal altında olan 
								ərazilərinə aid ümumtəhsil məktəblərində 
								buraxılış imtahanı onların məskunlaşdıqları 
								şəhər və rayonların ümumtəhsil məktəbləri üçün 
								bu əmrlə müəyyənləşdirilmiş tarixdə.  
								
								
								5. Tam orta təhsil səviyyəsi üzrə təkrar 
								imtahanlar müvafiq şəhər və rayonlarda  
								göstərilən tarixlərdə keçirilsin. 
								
								
								6. Ümumi orta və tam orta təhsil səviyyələri 
								üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun 
								tarixində Bakı şəhərində keçirilsin. 
								
								
								7. Təlim gürcü dilində olan məktəblərin IX (X) 
								və XI (XII) siniflərində buraxılış 
								imtahanlarının aparılması Təhsil Nazirliyi 
								tərəfindən hazırlanmış imtahan materialları 
								gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon 
								təhsil şöbələrinə tapşırılsın. 
								
								
								8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
								prinsiplərinə uyğun olaraq, attestata yazılacaq 
								yekun qiymət şagirdin fənn üzrə yoxlama 
								imtahanının nəticələri, X və XI siniflərin illik 
								qiymətləri və buraxılış imtahanı qiymətləri 
								əsasında hesablansın. Şəhadətnaməyə yazılacaq 
								yekun qiymət şagirdin fənn üzrə yoxlama 
								imtahanının nəticələri, VIII və IX siniflərin 
								illik qiymətləri və buraxılış imtahanı 
								qiymətləri əsasında hesablansın.  
								
								
								9. Buraxılış imtahanlarının keçirilməsi ilə 
								əlaqədar peşə liseyləri və ümumtəhsil 
								məktəblərinin şagirdləri, müəllim və 
								valideynləri arasında 2010-cu ilin 
								oktyabr-noyabr aylarında təlimati işlər 
								aparılsın. 
								
								
								10. Monitorinq və qiymətləndirmə şöbəsi 
								(T.Hacıyeva) və Təhsilin idarəolunmasının 
								məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta 
								və tam orta təhsil səviyyələri üzrə imtahan 
								verən şagirdlər haqqında müvafiq baza 
								məlumatlarının toplanmasını həyata keçirsin. 
								
								
								11. Monitorinq və qiymətləndirmə şöbəsi 
								(T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və 
								kadrların idarəolunması şöbəsi (F.Qədirov) 
								imtahan nəticələrinin təhlili əsasında zəruri 
								təşkilati mexanizmlərin qurulması, onların 
								koordinasiya olunması ilə bağlı təkliflər 
								hazırlasın. 
								
								
								12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 
								(N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi 
								(M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, 
								bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi 
								təhsil müəssisələrinin və peşə liseylərinin 
								direktorları:  
								
								
								12.1. Ümumi orta və tam orta təhsil səviyyələri 
								üzrə buraxılış imtahanlarının keçirilməsi ilə 
								əlaqədar olaraq məktəb rəhbərlərinin, 
								müəllimlərin, şagirdlərin və valideynlərin 
								mütəmadi olaraq maarifləndirilməsi işini təşkil 
								etsinlər; 
								
								
								12.2. İmtahan mərkəzlərini müəyyənləşdirərkən 
								Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə 
								şöbəsi ilə razılaşdırsınlar; 
								
								
								12.3. Buraxılış sinif şagirdlərinin yoxlama və 
								buraxılış imtahanlarında iştirakını təmin 
								etsinlər; 
								
								
								12.4. Ümumi orta təhsil səviyyəsi üzrə 
								şagirdlərin eksternat və payız imtahanlarında 
								maksimum iştirakını təmin etsinlər; 
								
								
								12.5. Tam orta təhsil səviyyəsi üzrə şagirdlərin 
								təkrar və eksternat imtahanlarında maksimum 
								iştirakını təmin etsinlər. 
								
								
								13. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi 
								(A.Əhmədov), Texniki peşə təhsili şöbəsi 
								(N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin həyata 
								keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil 
								şöbələrinə və peşə liseylərinə lazımi köməklik 
								göstərsinlər. 
								
								
								14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) imtahan 
								materiallarının çap olunması ilə bağlı smeta 
								sənədlərinin hazırlanmasını təmin etsin. 
								
								
								15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil 
								xəbərləri" məcmuəsində dərc olunmasını, yoxlama 
								və buraxılış imtahanlarının nəticələrinin 
								ictimaiyyətə çatdırılmasını həyata keçirsin. 
								
								
								16. Əmrin icrasına nəzarəti öz üzərimdə 
								saxlayıram.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								18 oktyabr 2010-cu il  |