| 
								 
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								"Əlavə təhsilin məzmunu,  təşkili və əlavə 
								təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 
								şəxslərə müvafiq sənədin verilməsi Qaydası" 
								haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 
								nömrəli qərarını elan edirəm:  
								
								
								
								¹ 163 
								
								
								
								Bakı şəhəri,    6 sentyabr 2010-cu il  
								
								
								
								"Əlavə təhsilin məzmunu, təşkili və əlavə 
								təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 
								şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın 
								təsdiq edilməsi haqqında  
								
								
								"Təhsil haqqında" Azərbaycan Respublikası 
								Qanununun tətbiq edilməsi barədə" Azərbaycan 
								Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr 
								tarixli, 156 nömrəli Fərmanının 1.16-cı bəndinin 
								icrasını təmin etmək məqsədilə Azərbaycan 
								Respublikasının Nazirlər Kabineti qərara alır: 
								
								
								1. "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə 
								təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 
								şəxslərə müvafiq sənədin verilməsi Qaydası" 
								təsdiq edilsin (əlavə olunur). 
								
								
								2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  
								
								
								
								A.RASİZADƏ, 
								Azərbaycan Respublikasının Baş naziri  
								
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								"Əlavə təhsilin məzmunu,  təşkili və əlavə 
								təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 
								şəxslərə müvafiq sənədin verilməsi Qaydası" 
								haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 
								nömrəli qərarının icrasını təmin etmək 
								məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								"Əlavə təhsilin məzmunu,  təşkili və əlavə 
								təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 
								şəxslərə müvafiq sənədin verilməsi Qaydası" 
								haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 
								nömrəli qərarı rəhbərlik və icra üçün əsas 
								götürülsün. 
								
								
								2. Ali, orta ixtisas və əlavə  təhsil 
								müəssisələri: 
								
								
								2.1. Bu qərarın məzmunu və onun tətbiq edilməsi 
								barədə kollektivlərdə müvafiq izahat işi 
								aparsınlar. 
								
								
								2.2. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə 
								fəaliyyətlərinin bu qərara uyğun həyata 
								keçirilməsini təmin etsinlər. 
								
								
								2.3. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə 
								müvafiq təhsil proqramları hazırlayıb 
								qiymətləndirilmək üçün Təhsil Nazirliyinə təqdim 
								etsinlər. 
								
								
								3. Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta 
								ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Strateji 
								təhlil, planlaşdırma və kadrların idarəolunması 
								şöbəsi (F.Qədirov): 
								
								
								3.1. Əlavə təhsilin hər hansı istiqaməti üzrə 
								təhsil prosesinin təşkili ilə bağlı tələb edilən 
								yeni reqlamentləşdirici sənədlərin işlənib 
								hazırlanmasını təmin etsinlər.  
								
								
								3.2. Əlavə təhsil müəssisələrində keyfiyyətə 
								nəzarətin təmin olunması məqsədi ilə monitorinq 
								və qiymətləndirmə mexanizminin yaradılmasını 
								təmin etsinlər. 
								
								
								3.3. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə 
								təhsil proqramlarının qiymətləndirilməsi 
								mexanizmlərini müəyyənləşdirsinlər, bu məqsədlə 
								müvafiq Qiymətləndirmə Şurasının yaradılmasına 
								dair təklif hazırlayıb təqdim etsinlər. 
								
								
								3.4. Hər il müvafiq vaxtlarda əlavə təhsilin 
								ayrı-ayrı istiqamətləri üzrə təhsil 
								proqramlarının qiymətləndirilməsi üçün qəbul 
								elanlarının verilməsini, qiymətləndirilmiş 
								proqramlar haqqında məlumatların vaxtında 
								Nazirliyin saytında yerləşdirilməsini təmin 
								etsinlər.  
								
								
								4. Təhsil Nazirliyinin İnzibati işlər üzrə 
								sektor müdiri (A.Nəbiyev) əmrin çoxaldılaraq 
								bütün rayon (şəhər) təhsil şöbələrinə, ali, orta 
								ixtisas və əlavə təhsil müəssisələrinə 
								çatdırılmasını təmin etsin. 
								
								
								5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu 
								əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil 
								xəbərləri" məlumat-informasiya məcmuəsində dərc 
								edilməsini təmin etsin. 
								
								
								6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
								 
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								4 oktyabr 2010-cu il  |