| 
								 
								
								Ölkəmiz, onun təhsili, mədəniyyəti haqqında 
								Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin 
								diplomatik nümayəndəliklərinin və beynəlxalq 
								təşkilatların nümayəndəliklərinin əməkdaşlarının 
								uşaqlarında daha dolğun təsəvvür yaratmaq, 
								onları ölkəmizin ictimai həyatında fəal iştiraka 
								cəlb etmək  məqsədilə   
								
								
								
								QƏRARA ALIR  
								
								
								1. Azərbaycanda akkreditə olunmuş xarici 
								ölkələrin diplomatik nümayəndəliklərinin və 
								beynəlxalq təşkilatların nümayəndəliklərinin 
								əməkdaşlarının uşaqları arasında "Azərbaycan 
								haqqında nə bilirəm" mövzusunda inşa, şeir, 
								rəsm, rəqs və müxtəlif əl işləri nominasiyaları 
								üzrə müsabiqə keçirilsin. 
								
								
								2. Bu müsabiqə Azərbaycan Respublikası Xarici 
								İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və 
								Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, 
								Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 
								Komitəsinin birgə tədbiri sayılsın. 
								
								
								3. Müsabiqənin təşkili və keçirilməsi üzrə 
								əsasnamə və münsiflər heyətinin tərkibi (əlavə 
								1, 2) təsdiq edilsin. 
								
								
								4. Müsabiqə ilə bağlı məlumatlar təşkilatçılar 
								tərəfindən kütləvi informasiya vasitələrində 
								müntəzəm işıqlandırılsın. 
								
								
								5.  Xarici İşlər Nazirliyi  müsabiqə ilə bağlı 
								Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin 
								diplomatik nümayəndəliklərini və beynəlxalq 
								təşkilatların nümayəndəliklərini 
								məlumatlandırsın. 
								
								
								6. Təşkilatçıların hər biri bir nominasiya üzrə 
								I, II və III yerlərin qaliblərinə hədiyyələrin 
								alınmasını təmin etsinlər. İştirakçılara 
								diplomlar və sertifikatlar vahid formada Təhsil 
								Nazirliyi tərəfindən hazırlansın. Digər 
								təşkilatçılar tərəfindən isə hər bir iştirakçıya 
								Azərbaycanla bağlı xatirə hədiyyəsi (suvenir, 
								CD, kitab və s.) verilsin. 
								
								
								7. Qərarın icrasına nəzarət təhsil nazirinin 
								müavini E.Qasımova həvalə edilsin.  
								  
								
									
										| 
										 
										
										Misir MƏRDANOV,  | 
										
										 
										
										Elmar MƏMMƏDYAROV,  | 
										
										 
										
										Əbülfəs QARAYEV,  | 
										
										 
										
										Azad RƏHİMOV,  | 
										
										 
										
										Hicran HÜSEYNOVA,  | 
									 
									
										| 
										
										Azərbaycan Respublikasının təhsil naziri | 
										
										
										Azərbaycan Respublikasının xarici işlər 
										naziri | 
										
										
										Azərbaycan Respublikasının mədəniyyət və 
										turizm naziri | 
										
										
										Azərbaycan Respublikası gənclər və idman 
										naziri | 
										
										
										Azərbaycan Respublikası Ailə, Qadın və 
										Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
										sədri | 
									 
								 
						 |