| 
								 
								
								Bakının Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində 
								yerləşən 130 nömrəli uşaq bağçası əsaslı təmir 
								olunaraq balacaların istifadəsinə verilmişdir.
								 
								
								
								Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif 
								Əsgərov rayon sakinlərini təbrik edərək, son 
								dövrdə rayonda gedən sosial-iqtisadi inkişafdan, 
								aparılan tikinti-abadlıq işlərindən, təhsildə 
								əldə olunan nailiyyətlərdən, yeni tədris-tərbiyə 
								ocaqlarının tikintisi və təmirindən danışmışdır. 
								Vurğulanmışdır ki, gənc nəslin təhsili və 
								sağlamlığı istiqamətində dövlət başçısının 
								təşəbbüsü ilə ciddi tədbirlər həyata keçirilir. 
								Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti 
								xüsusilə təqdirəlayiqdir.  
								
								
								Uşaq bağçasının müdiri Səmayə Axundova onlara 
								göstərilən diqqət və qayğıya görə ölkə 
								rəhbərliyinə minnətdarlığını bildirmişdir.
								 
								
								
								Valideynlər də öz çıxışlarında uşaq bağçasının 
								müasir standartlar səviyyəsində təmir olunmasını 
								uşaqların sağlamlığının qorunması üçün atılan 
								mühüm addım kimi dəyərləndirmişlər.  
								
								
								Tədbirdə uşaqların ifasında mahnı, şeir 
								parçaları, rəqs və səhnəciklər göstərilmişdir.
								  |