| 
								 
								
								Bakıdakı 21 nömrəli körpələr evi-uşaq bağçasının 
								müdiri Sona Nağıyeva bildirdi ki, rəhbərlik 
								etdiyi bağçanın işində əvvəlki illərlə 
								müqayisədə xeyli dönüş yaradılıb. Son vaxtlar 
								müxtəlif mövzularda  keçirilən rəngarəng 
								tədbirlər tərbiyəçiləri daha yaxşı işləməyə 
								həvəsləndirir. 
								
								
								Burada 73 uşağın tərbiyəsi ilə beş tərbiyəçi 
								məşğul olur. Tərbiyəçilərdən Cəmilə Əliyeva, 
								Kamilə Əliyeva və başqaları qruplarda 
								məşğələləri yüksək səviyyədə qurur və körpələrə 
								əsl  doğma ana qayğısı göstərirlər. 
								
								
								Elə  həmin gün bağçada keçirilən "Payız" tədbiri 
								də deyilənlərin əyani sübutu idi. Bağçada 
								tərbiyə  alan Ləman "Yarpaq niyə saralır", Əli 
								"Payız gəldi" şeirlərini söyləyir, Suad, Fatimə 
								payıza aid səhnəciklər göstərir, mahnı oxuyur və 
								rəqs edirdilər. 
								
								
								Valideynlər   bağçada keçirilən tədbirin 
								əhəmiyyətindən və  tərbiyəçilərin işindən 
								razılıqlarını bildirdilər.  
								
								
								
								Şakir CƏFƏROV  |