| 
								 
								
								Bakıdakı 250 nömrəli orta məktəbdə Azərbaycan 
								Respublikası Dövlət Neft Şirkəti Ekologiya 
								İdarəsinin və Təbiət Elmlərinə  Dəstək və 
								Ekoloji  Maarifləndirmə İctimai Birliyinin 
								birgə   təşkilatçılığı ilə "Mavi planet, dünya 
								və ekoloji sfera"  mövzusunda  tədbir keçirilib.
								 
								
								
								Məktəbin direktoru Nazim Adıgözəlov bildirib ki, 
								tədbiri keçirməkdə məqsəd şagirdlərdə 
								ekologiyanı və ətraf  mühiti qorumaq məsuliyyəti 
								aşılamaqdır. Bu məsələ hər bir təhsil ocağında 
								ən ümdə məsələyə çevrilməlidir. 
								
								
								Tədbirdə Təbiət Elmlərinə Dəstək və Ekoloji 
								Maarifləndirmə İctimai Birliyinin sədr müavini 
								Tural Əliyev, Azərbaycan Respublikası Dövlət 
								Neft Şirkəti Ekologiya İdarəsinin mütəxəssisi 
								Ramil Rüstəmov və başqaları mövzu ətrafında 
								çıxış edərək, gələcəkdə bütün təhsil ocaqlarında 
								belə tədbirlərin keçirilməsini təklif ediblər.   
								Tədbir diskussiya  formasında başa çatıb.  
								
								
								Şakir CƏFƏROV  |