| 
								 
								
								Oktyabrın 26-da Azərbaycan Respublikasının 
								Prezidenti yanında Dövlət İdarəçilik 
								Akademiyasında baş ofisi Böyük Britaniyada 
								yerləşən beynəlxalq "Global Certification 
								Limited" şirkətinin Azərbaycan üzrə 
								nümayəndəliyinin iştirakı ilə yeni təlim 
								kurslarının açılışı oldu.  
								
								
								Tədbiri giriş sözü ilə  DİA-nın I prorektoru, 
								professor Əlikram Abdullayev açaraq bildirdi  
								ki,  Azərbaycanda artıq 6 ildir  fəaliyyət 
								göstərən şirkət əsas etibarı ilə  kadr  
								xidmətinin idarə edilməsinə dair təlimlər 
								keçirilməsi, keyfiyyətin idarəedilməsi və 
								informasiya təhlükəsizliyi sistemi, peşə 
								təhlükəsizliyi və  əməyin mühafizəsi idarəetmə 
								sistemi, ətraf mühitin qorunması və  mühafizəsi 
								sistemlərinin qurulması və s.  sahələr üzrə  
								beynəlxalq statuslu sertifikatların verilməsi 
								ilə məşğul olur.    
								
								
								Bu sertifikatlar dünyanın 159 ölkəsində tanınır 
								və   beynəlxalq əmək bazarının imkanlarından 
								faydalanmaq üçün geniş imkanlar  açır. Həmçinin 
								şirkət dövlət təşkilatları və  özəl 
								müəssisələrdə təlim və beynəlxalq statuslu 
								treninqlərin verilməsi işini də həyata keçirir. 
								
								
								Məqsəd  akademiyada  çalışan və təhsil alan, 
								xüsusilə menecment sahəsində    
								ixtisaslaşanların idarəçilik  bacarıqlarının 
								artırılması, onlara keyfiyyətin  idarəolunması 
								kimi çox aktual bir məsələyə dair ən yeni  
								biliklərin verilməsidir.  
								
								
								Sonda  kursun asılışı ilə bağlı iştirakçıları 
								maraqlandıran suallar cavablandırıldı. 
								
								
								Şakir CƏFƏROV  |