| 
								 
								
								 Azərbaycanın 
								Aktaudakı baş konsulluğunun himayəsi və 
								"Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası 
								Assosiasiyası"nın (ABİA) maliyyə dəstəyi ilə 
								Azərbaycan Prezidenti Administrasiyasının 
								rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan - 
								2003-2008: Zaman haqqında düşünərkən" kitabı 
								qazax dilində nəfis şəkildə çap olunmuşdur.
								 
								
								
								Kitabda Azərbaycan xalqının ümummilli lideri 
								Heydər Əliyev  tərəfindən  əsası qoyulmuş  
								müasir  dövlətçiliyimizin  möhkəmləndirilməsi  
								və  inkişafı  yolunda  qazanılan  uğurlar,  
								Azərbaycan  Prezidenti  İlham  Əliyevin 
								apardığı  uğurlu  daxili  və  xarici  siyasət  
								geniş  şərh edilir.  
								
								
								Əsərdə Azərbaycanın müstəqilliyini bərpa 
								etdikdən sonra demokratiya, bazar 
								iqtisadiyyatına keçid, milli dövlətə çevrilmə 
								istiqamətində atdığı addımlar təhlil edilir, 
								Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 
								güclü dövlətin yaradılması, iqtisadiyyatın 
								modernləşdirilməsi və azad vətəndaş cəmiyyətinin 
								qurulması sahəsində həyata keçirilən prinsiplər 
								əks etdirilir.  
								
								
								Kitabın Qazaxıstanın dövlət orqanları və 
								ictimaiyyət nümayəndələri arasında böyük maraq 
								kəsb edəcəyini nəzərə alaraq, onun Astana və 
								Aktau şəhərlərində təqdimatının keçirilməsi 
								nəzərdə tutulmuşdur.  
								
								
								Kitab Qazaxıstanın dövlət orqanlarına, ali 
								təhsil müəssisələrinə və kitabxanalara da təqdim 
								ediləcəkdir. 
								
								  
								
								
								
								AzərTAc  |