| 
								 
								
								Dekabrın 14-də Azərbaycan Respublikasının 
								Nazirlər Kabineti "Doktoranturalar yaradılan 
								Azərbaycan Respublikasının ali təhsil 
								müəssisələrinin və elmi təşkilatların 
								Siyahısı"nın təsdiq edilməsi haqqında qərar 
								qəbul etmişdir. 
								
								
								Qərarda göstərilir ki, "Doktoranturaların 
								yaradılması və doktoranturaya qəbul 
								Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər 
								Kabinetinin 2010-cu il 1 iyul tarixli qərarına 
								əsasən, aidiyyəti nazirlik, komitə və 
								təşkilatların təkliflərini, Azərbaycan Milli 
								Elmlər Akademiyasının və Təhsil Nazirliyinin 
								rəylərini nəzərə alaraq Nazirlər Kabineti 
								"Doktoranturalar yaradılan Azərbaycan 
								Respublikasının ali təhsil müəssisələrinin və 
								elmi təşkilatların Siyahısı"nı təsdiq etmişdir.
								 
								
								
								Qərar imzalandığı gündən qüvvəyə minmişdir.
								 
								
								
								Nazirlər Kabinetinin mətbuat xidmətindən 
								AzərTAc-a bildirmişlər ki, qərarın tam mətni ilə 
								Nazirlər Kabinetinin 
								www.cabmin.gov.az
								ünvanlı 
								İnternet saytında tanış olmaq mümkündür. Eyni 
								zamanda, Nazirlər Kabinetinin bu qərarı 
								Azərbaycan Respublikasının Qanunvericilik 
								Toplusunda dərc olunacaqdır.   
								
								
								
								AzərTAc  |