| 
								 
								
								 Dekabrın 23-də Respublika İncəsənət 
								Gimnaziyasında xalqımızın fəxri, Milli Qəhrəman 
								Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii 
								kompozisiya keçirildi.  
								
								
								Əvvəlcə tədbir iştirakçıları gimnaziyanın 
								şagirdlərinin hazırladıqları Mübariz İbrahimova 
								həsr olunmuş rəsm sərgisi ilə tanış oldular. 
								
								
								Gimnaziyanın xor qrupunun təqdimatında Dövlət 
								himninin səslənməsi ilə başlanan tədbirdə 
								gecənin aparıcıları Milli Qəhrəman Mübariz 
								İbrahimovun həyat yolundan, rəşadətindən, 
								igidliyindən danışdılar.   
								
								
								Sonra  İncəsənət  Gimnaziyasının "Nur" estrada 
								qrupu "Azərbaycan"  mahnısını  ifa etdi. 
								 
								
								
								Gimnaziyanın şagirdi Ayan Hüseynzadənin  Milli 
								Qəhrəmanımıza  yazdığı şeiri iştirakçılar 
								tərəfindən rəğbətlə qarşılandı.  
								
								
								Müəllimlərin köməyi ilə şagirdlər Milli 
								Qəhrəmanımız Mübariz İbrahimovla birlikdə bütün 
								Qəhrəmanlar haqqında hazırladıqları filmi 
								nümayiş etdirdilər.  
								
								
								Tədbirin sonunda gimnaziyanın direktoru Mahizər 
								Şabanbəyova belə tədbirlərin təhsil ocağında 
								keçirilməsinin şagirdlərin tərbiyəsində böyük 
								rol oynadığını vurğuladı. 
								
								  
								
								
								
								Rəşad ZİYADOV  |