| 
								 
								
								Dekabrın 17-də AMİ-nin Ağcabədi filialında 
								Azərbaycan Respublikası Prezidenti 
								Administrasiyasının rəhbəri, akademik Ramiz 
								Mehdiyevin yenicə çapdan çıxmış "Gorus - 2010: 
								absurd teatrı mövsümü" kitabının müzakirəsi 
								keçirildi.  
								
								
								Tədbirdə filialın professor-müəllim və tələbə 
								heyəti ilə yanaşı Ağcabədi Rayon İcra 
								Hakimiyyətinin, rayon təhsil şöbəsinin 
								nümayəndələri də iştirak edirdilər.  
								
								
								Tədbiri giriş sözü ilə açan filialın direktoru, 
								professor X.Məmmədov akademik R.Mehdiyevin  
								"Gorus - 2010: absurd teatrı mövsümü" kitabı 
								barədə dolğun, təfərrüatlı məruzə etdi. 
								
								
								Məruzəçi Ermənistanın üzdəniraq prezidenti S. 
								Sarkisyanın erməni diasporunu təmsil edən 
								jurnalistlərə verdiyi müsahibəsinə tutarlı cavab 
								verən hörmətli akademikin sözügedən əsərinin 
								yüksək məziyyətlərindən bəhs etdi. Bildirdi ki, 
								S.Sarkisyanın sayıqlamalarının hər birinə elmi 
								əsasla, ən ümdəsi, faktlar, arqumentlərlə cavab 
								verən R.Mehdiyevin  mühakimələri qarşısında 
								Ermənistan prezidentinin hərdəmxəyal düşüncələri 
								olduqca cılızdır.  
								
								
								Məruzəçi erməni millətçilərinin tarixi 
								saxtalaşdırma işində mahir fırıldaqçı 
								olmalarından və qarşılarına çıxan bütün 
								mədəni-tarixi abidələri amansız bir cəlladlıqla  
								məhv  etmələrindən də bəhs etdi. Akademik R. 
								Mehdiyevin fikirlərini dəstəkləyən professor 
								X.Məmmədov tarixin atası sayılan Herodotun 
								yazdığı mənbələrdən bəhrələnərək, ermənilərin 
								dünyaya səpələnməsini faktlarla sübuta yetirməyə 
								çalışdı və bildirdi ki, tarixi faktlar erməni 
								prezidentinin bütün iddialarını əsaslı şəkildə 
								rədd edir.   
								
								
								Məruzəsinin sonunda professor X.Məmmədov 
								müəllifin bir fikrini diqqətə çatdırdı. Müəllif 
								yazır: "Dağlıq Qarabağı Ermənistana birləşdirmək 
								mümkün olmamışdır və heç vaxt mümkün 
								olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu  
								gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də 
								qondarma "müstəqillik" sayəsində". Müəllifin bu 
								fikrinə münasibət bildirən məruzəçi qeyd etdi 
								ki, hörmətli akademikimizin söylədikləri tam 
								reallıqdır. Çünki xalqımızın min illik 
								qəhrəmanlıq tarixi, ər oğullarının rəşadəti, 
								həmçinin bugünkü qüdrətli yeniləşən Azərbaycan 
								və onun müdrik rəhbəri, Ali Baş Komandanımız 
								İlham Heydər oğlu Əliyevin  məqsədyönlü siyasəti 
								və dəyanəti bunu əminliklə deməyə əsas verir.
								 
								
								
								Məruzəçi sonda bildirdi ki, biz ziyalıların ən 
								ümdə vəzifəsi nəinki xalqımızın tarixi keçmişini 
								bilmək və ona sahib çıxmaq, eyni zamanda onu 
								gələcək nəslə layiqincə çatdırmaq və vətənə 
								layiqli vətəndaşlar tərbiyə etməkdir. 
								 
								
								
								Sonra məruzə ətrafında çıxışlar dinlənildi.
								 
								
								
								Çıxış edənlər Azərbaycan Respublikası Prezidenti 
								Administrasiyasının rəhbəri, akademik Ramiz 
								Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" 
								kitabını informasiya müharibəsində erməni 
								təbliğatına sarsıdıcı zərbə kimi yüksək 
								dəyərləndirdilər.   |