| 
								 
								
								İyunun 5-də Azərbaycan Dillər Universitetinin 
								İnformasiya Resurs Kompleksinin Amerika 
								Mərkəzində  "Amerikada təhsil al" adlı təhsil 
								yarmarkası keçirilib. Yarmarka ABŞ-ın 
								ölkəmizdəki səfirliyinin, ABŞ təhsilli 
								Azərbaycan Məzunları Assosiasiyası  və Bakı 
								Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı 
								ilə baş tutub. Təhsil yarmarkasında ADU-nun 
								rektoru, millət vəkili, professor Səməd Seyidov, 
								millət vəkili Asim Mollazadə və ABŞ-ın 
								Azərbaycandakı səfirliyinin İctimaiyyətlə 
								əlaqələr şöbəsinin müdiri Terri Devidson iştirak 
								ediblər. Yarmarkada Amerika və Azərbaycan 
								universitetlərini bitirən məzunlar iştirak 
								ediblər. Məzunlar bakalavr, magistr və 
								aspirantura proqramları üzrə öz təcrübələrini 
								bölüşüblər. 
								
								
								ABŞ universitetlərini bitirən məzunlar təhsil 
								yarmarkasına  gələn qonaqlara ABŞ-da təhsil 
								imkanları barədə ətraflı məlumat veriblər. 
								Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən 
								gənclər müxtəlif universitetlərin fəaliyyətini 
								əks etdirən buklet və materiallarla tanış 
								olublar. Qeyd edək ki,  sərgidə ABŞ-ın 30-a 
								yaxın universiteti, o cümlədən Prinston, Con 
								Hopkins, Çikaqo, Denver, Corc Vaşinqton və 
								Arkanzas universitetləri təmsil olunub. 
								
								
								
								Şakir CƏFƏROV  |