| 
								 
								
								Naxçıvan Özəl Universitetində Tələbə Elmi 
								Cəmiyyətinin  xətti ilə 2009-2010-cu ildə yerinə 
								yetirilən elmi-tədqiqat işlərinin yekunlarına 
								həsr edilmiş XIV elmi konfrans keçirilmişdir. 
								
								
								Konfransı giriş sözü ilə Naxçıvan Özəl 
								Universitetinin tədris və elmi işlər üzrə 
								prorektoru, dosent İbrahim Kazımbəyli açaraq 
								qeyd etmişdir ki, dövlətimizin 
								möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin 
								edilməsi gənclərin cəmiyyətdəki fəallığının 
								yüksəldilməsindən çox asılıdır. Ümummilli lider 
								Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və 
								hazırda onun layiqli davamçısı Prezident İlham 
								Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət 
								gənclər siyasətinin əsas qayəsini məhz bu mühüm 
								konsepsiya təşkil edir. Ölkəmizdə gənclərlə iş 
								sahəsində görülən işlər, bu istiqamətdə həyata 
								keçirilən mükəmməl dövlət siyasəti Azərbaycan 
								gəncliyinin inkişafına böyük təkan vermiş, onun 
								cəmiyyətdə özünü təsdiq etməsində mühüm rol 
								oynamışdır. Gənclər siyasətinin ən vacib 
								istiqamətlərindən biri də təhsil sahəsində 
								aparılan islahatlarla bağlıdır.  
								
								
								Qeyd olundu  ki, universitetdə gənc tələbələrin 
								düzgün və sistemli elmi fəaliyyətini yüksək 
								səviyyədə təşkil etmək üçün Tələbə Elmi 
								Cəmiyyəti (TEC) yaradılmışdır. Bu cəmiyyət 
								tələbələrin elmi fəaliyyətinin düzgün 
								istiqamətləndirilməsində mühüm rol oynayır. Hər 
								il savadlı, elmi axtarışlara meyilli tələbələr 
								seçilir və cəmiyyət sıralarına daxil edilir. 
								Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun 
								olaraq müxtəlif kafedralara cəlb olunmuşlar. 
								Hazırda cəmiyyətin 70 nəfərdən çox üzvü var, 
								onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş 
								aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini 
								I-III kurs tələbələri təşkil edir. Bu da 
								tələbələrin ildən-ilə elmə marağının artmasının 
								əyani göstəricisidir. Tələbə Elmi Cəmiyyəti 
								mütəmadi olaraq tələbələrin elmi diskussiyaya 
								cəlb edilməsində mühüm rol oynayan elmi 
								seminarlar təşkil edir, bu seminarlarda 
								tələbələr elmi mövzular ətrafında fikir 
								mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi 
								məqalələrlə tanış olurlar. 
								
								
								Plenar iclasda  tələbələrdən Anar Tağıyev "Heydər 
								Əliyev və Azərbaycanda soyqırımı məsələsinə 
								ümumdövlət münasibəti ",  Tehranə Əliyeva "Azərbaycanda 
								turizm",  Şəlalə Əliyeva "Ailə konfliktlərinin 
								uşağa psixoloji təsiri",  Əli Həsənov "Kiçik 
								biznesdə riskin aradan qaldırılması yolları"  
								mövzularında hazırladıqları işləri təqdim 
								etdikdən sonra, TEC-in konfransı bölmələrdə öz 
								işini davam etdirdi. 
								
								
								Sonda qalib tələbələrə universitet rəhbərliyi 
								tərəfindən mükafatlar təqdim olundu. 
								
								
								
								Mina QASIMOVA  |