| 
								 
								
								Bakı Avrasiya Universitetinin yaranmasının 18 
								illiyi münasibəti ilə Rəşid Behbudov adına Mahnı 
								Teatrında keçirilmiş tədbirdə Təhsil Nazirliyi, 
								Gənclər və İdman Nazirliyinin, həmçinin TÜRKSOY-un 
								nümayəndələri, müxtəlif ali təhsil 
								müəssisələrinin rəhbərləri iştirak etmişlər. 
								Mərasimdə çıxış edən natiqlər təhsil ocağının 
								tarixinə nəzər salmış, 18 il ərzində əldə edilən 
								uğur və nailiyyətlərdən bəhs etmişlər.  
								 
								
								
								Qeyd edildi ki,  universitet hazırda Dünya 
								Diplomatiya Akademiyaları və Beynəlxalq 
								Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və 
								Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB 
								ölkələri Beynəlxalq Münasibətlər Universiteti 
								Assosiasiyasi, Qara dəniz hövzəsi  
								Universitetləri Birliyinin üzvüdür. Dünyanın 
								25-dən çox ölkəsinin (ABŞ, Böyük Britaniya, 
								Fransa, Almaniya, Türkiyə, Yaponiya, Rusiya və 
								s.)  qabaqcıl ali məktəbləri ilə tələbə, müəllim 
								və təcrübə mübadiləsi aparılır.  
								
								
								Tədbirdə xalq şairi Bəxtiyar Vahabzadənin  "Özümüzü 
								kəsən qılınc"  əsəri göstərilmiş, konsert 
								səsləndirilmişdir.  
								
								
								
								Rüstəm RAMAZANOV, 
								Bakı Avrasiya Universitetinin IV kurs  tələbəsi  |