| 
								 
								
								Azərbaycan Dillər Universitetində də "Bilik 
								günü" qeyd edildi. ADU-nun İctimaiyyətlə 
								əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb 
								Kazımovadan aldığımız məlumata görə, 
								universitetin akt zalında ali məktəbə bu il 
								daxil olan tələbələrlə görüş Azərbaycan 
								Respublikasının Dövlət himni ilə başladı. Sonra 
								ADU-nun rektoru, millət vəkili, professor Səməd 
								Seyidov professor-müəllim heyətini və tələbə 
								adını qazananları yeni dərs ilinin başlanması 
								münasibətilə təbrik etdi. Yeni tədris ilində 
								rəhbərlik etdiyi ali məktəbə 1000 nəfərə yaxın 
								tələbənin daxil olduğunu bildirən rektor onları 
								savadlı, vətənpərvər, eyni zamanda iradəli 
								olmağa çağırdı. 
								
								
								ADU haqqında, yeni tətbiq olunan Boloniya 
								prosesi, fakültələr, real və virtual kitabxana 
								barədə  tələbələrə məlumat verən rektor 
								S.Seyidov universitetdə fəaliyyət göstərən 
								müxtəlif mərkəzlərdən tələbələrin səmərəli 
								istifadə etməsini arzuladığını dilə gətirdi, 
								onları hər zaman təşəbbüs göstərməyə çağırdı.
								 
								
								
								Tədbirdə rektor 654 balla tərcümə fakültəsinə 
								daxil olan Minayə Cəfərovaya noutbuk hədiyyə 
								etdi. Digər yüksək balla universitetə daxil olan 
								tələbələrə də hədiyyələr, tələbə biletləri və 
								qiymət kitabçaları təqdim edildi. Valideynlər 
								adından danışan Hənifə Qayınbəyova övladının 
								məhz bu ali məktəbə daxil olduğuna görə 
								sevindiyini dedi. 
								
								
								Görüşün sonunda Azərbaycan Dillər 
								Universitetinin himni səsləndi və ali təhsil 
								ocağının fəaliyyətini özündə əks etdirən slayd 
								nümayiş etdirildi.  
								
								
								
								Ş.CƏFƏROV  |