| 
								 
								
								Sentyabrın 15-də Bakıdakı 69 nömrəli körpələr 
								evi-uşaq bağçasında "Bilik  gününüz  mübarək" 
								adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə 
								bağçanın müdiri  Solmaz  Quliyeva açaraq 
								tərbiyəçiləri, valideynləri, körpələri, 
								qonaqları salamladı, bu tədbirin mənası və 
								məzmunu haqqında  ətraflı məlumat verdi.  
								Bildirdi  ki, bağçalarından bu il 25 uşaq  
								ümumtəhsil məktəblərinə yola salınıb.Onların  
								Vətənimiz üçün layiqli övladlar  kimi 
								yetişəcəklərinə əminik. Bağçanın kollektivi yeni 
								tədris  ilini böyük ruh yüksəkliyi ilə 
								qarşılayır. Bütün qrup otaqlarında səliqə-sahman 
								yaradılıb, təmizlik işləri aparılıb, ağacların 
								dibləri boşaldılıb, kölgəliklər rənglənib...
								  
								
								
								Sonra meydan körpə fidanlara verildi. 
								Azərbaycanın  Dövlət himni səsləndirildi. 
								Al-əlvan şarlarla bəzədilmiş bağçanın həyətində 
								uşaqların şaqraq səsləri ətrafa yayıldı. 
								Aparıcılar körpə fidanlara - gələcəyimizin 
								qurucularına xoş  arzularını bildirdilər: 
								
								
								- Ana torpaq, ana diyar, 
								
								
								Sən mənimsən, 
								
								
								Ömrüm, günüm,  
								
								
								ruhum, canım,  
								
								
								Vətənimsən. 
								
								
								Balacalar "Vətən" mahnısını xorla ifa etdilər. 
								"Cırtdan" və "Tıq-tıq xanım" səhnəciyini nümayiş 
								etdirdilər.  Tofiq, Qurban, Elmira, Nihad, 
								Mərhəmət, Vüsal, Fəridə, Murad, Nuray, Raul  
								ana, Vətən, torpaq,məktəb haqqında şeirlər, 
								bayatılar, nağıllar, yanıltmaclar söylədilər, 
								mahnılar oxudular. Zeynəb, Ömər, Seyidhəsən, 
								Rəsul, İmran, Xıdır və Məlahət milli 
								rəqslərimizi məharətlə ifa etməklə iştirakçıları 
								məmnun etdilər. 
								
								
								Musiqili-əyləncəli proqram tədbir  boyu davam 
								etdi. 
								
								
								*** 
								
								
								17 nömrəli körpələr evi-uşaq bağçasında da yeni 
								tədris ilinə xüsusi hazırlıq işləri görülüb. 
								Bağçanın metodisti  Mətanət Rzaquliyeva bildirdi 
								ki, musiqi zalı  təmir olunub, kanalizasiya 
								sistemi dəyişdirilib. Məktəbəhazırlıq 
								qruplarında savad təlimi ilə bağlı vəsait 
								hazırlanıb. Təhsil  Nazirliyi tərəfindən müasir 
								tələblərə cavab verən öyrədici oyun verilib. Bu 
								da uşaqların intellektual səviyyəsinin inkişaf 
								etməsi istiqamətində  gözəl bir nümunədir. Bütün 
								qruplarda cədvəl əsasında məşğələlər keçilir. 
								Məktəbəhazırlıq qruplarında ingilis və rus dili 
								məşğələlərinə xüsusi diqqət yetirilir. 
								
								
								Müşahidələr zamanı biz bunun əyani şahidi 
								oluruq. Bağçada 12 qrup fəaliyyət göstərir. 
								Onlardan  2-si inklüziv, 10-u nitqi qüsurlu 
								uşaqlar üçündür. Bu il 63 nəfər uşaq bağçasından 
								məktəbə yola salınıb. Onların 4 nəfəri  
								yardımçı, qalanları isə şəhərin müxtəlif 
								ümumtəhsil  məktəblərində təhsil alacaqlar. 
								
								
								  
								
								
								
								Sifai SƏFƏROVA  |