| 
								 
								
								Azərbaycan Dillər Universitetinin  
								İctimaiyyətlə  əlaqələr və mətbuat xidmətinin 
								rəhbəri Zeynəb Kazımovadan  aldığımız məlumata 
								görə,  2010-2011-ci tədris ilində  ADU-nun  
								Avropaşünaslıq və Beynəlxalq münasibətlər 
								fakültəsində iki yeni - qafqazşünaslıq  və 
								hindistanşünaslıq ixtisasları açılıb. Artıq 
								yeni  tədris ilindən universitetdə həmin 
								ixtisasların öyrədilməsinə  başlanılacaq və 
								burada 10 nəfər tələbə qafqazşünaslıq, 10 nəfər 
								tələbə isə hindistanşünaslıq ixtisasları üzrə 
								Boloniya prosesinin tələblərinə uyğun  olaraq 
								kredit  sistemi üzrə təhsil alacaqdır. 
								
								
								Ali məktəbdə gələcəkdə tələbələrin ölkə 
								daxilində və xaricdə ixtisasartırma  kursları 
								və  mübadilə proqramında iştirakı da nəzərdə 
								tutulur.  
								
								
								
								Şakir CƏFƏROV   |