| 
								 
								
								  Sentyabrın 
								15-də Bakıdakı 291 nömrəli "Araz" Ekologiya 
								Liseyində "Bilik günü"  münasibətilə təntənəli 
								tədbir keçirildi. Dövlət himninin səslənməsi ilə 
								başlayan tədbiri giriş sözü ilə liseyin 
								direktoru Südabə Mikayılova açaraq müəllimləri, 
								məktəbə ilk qədəm qoyan birinciləri və onların 
								valideynlərini təbrik etdi. O,  şagirdlərə 
								həmişə dərslərini yaxşı oxumağı, müəllimlərinin 
								tapşırıqlarına əməl etməyi tövsiyə etdi. 
								S.Mikayılova liseyin uğurlarından danışaraq 
								bildirdi ki, bu il 5 nəfər məzun 600-dən çox bal 
								toplayaraq ölkənin nüfuzlu ali məktəblərinə 
								qəbul olunub.   
								
								
								Çıxış edən müəllimlər və ötən ilin məzunları  
								balaca fidanları təbrik etdilər. I "a" sinfinə 
								qəbul olan balaca Səma Səfərli  bağçada 
								öyrəndiyi şeirlərlə tədbir iştirakçılarının 
								diqqətini cəlb etdi. Yeni tədris ilinin ilk 
								zəngi çalındıqdan sonra birincilər dərs 
								keçəcəkləri otaqlarda yerləşdirildi. I "a" 
								sinfində dərs deyəcək ibtidai sinif müəllimi 
								Telli Süleymanovanın körpə fidanlarla ilk dərsi 
								maraqlı keçdi.  
								
								
								
								Rəşad ZİYADOV  |