| 
								 
								
								  Aprelin 29-da Prezident İlham Əliyev 
								Cəlilabaddakı şahmat məktəbinin açılışında 
								iştirak etmişdir.  
								
								
								Dövlət başçısı açılışı bildirən lenti kəsdi və 
								məktəblə yaxından tanış oldu.  
								
								
								Məktəbdə ümummilli lider Heydər Əliyevin və 
								Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o 
								cümlədən şahmatın inkişafı ilə bağlı 
								xidmətlərinə həsr olunan fotoguşə yaradılmışdır.
								 
								
								
								Bildirildi ki, Prezident İlham Əliyevin 
								"Azərbaycanda şahmatın inkişaf etdirilməsi 
								haqqında" Sərəncamı və "2009-2014-cü illərdə 
								Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət 
								Proqramı"na uyğun olaraq beynəlxalq standartlar 
								səviyyəsində tikilmiş şahmat məktəbinin ümumi 
								ərazisi 550 kvadratmetrdir. Məktəbin şahmat 
								fiquru olan top şəklində tikilən binası 6 
								mərtəbəlidir. Hər mərtəbədə yarış, təlim-məşq, 
								xüsusi şahmat proqramları ilə yüklənmiş kompüter 
								zalları vardır. Bütün mərtəbələrdə müasir tipli 
								elektron və maqnit şahmat lövhələri 
								quraşdırılmışdır. Müasir maddi-texniki bazaya 
								malik olan məktəbdə şahmat üzrə müxtəlif 
								səviyyəli yarışların keçirilməsi üçün hər cür 
								şərait  yaradılmışdır.  Ərazi  abadlaşdırılmış,  
								məktəbin  girişində şahmat  fiqurları  
								quraşdırılmışdır.  
								
								
								Prezident İlham Əliyev burada uşaqlarla  şahmat  
								oynadı,  onlara idman karyeralarında uğurlar 
								arzuladı.  
								
								
								
								AzərTAc   |