| 
								 
								
								Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci 
								ildönümü münasibətilə Ağcabədi rayon 
								Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə 
								keçirilən  məktəblərarası futbol birinciliyinə 
								yekun vurulub. Yarışlar 26 aprel-06 may 
								tarixlərində keçırilib. Yarışın təşkilat 
								komitəsinin sədri və UGİM-in direktoru Zakir 
								Dadaşovun verdiyi məlumata görə, turnirdə 26 
								məktəbin komandası iştirak edib. Reqlamentə görə 
								komandalar qruplar üzrə mübarizə aparıblar. 
								Final mərhələsində I, II, III yerləri tutan 
								komandalar UGİM tərəfindən hazırlanmış fəxri 
								diplom və mükafatlara layiq görülüb. 
								
								
								Onu da qeyd edək ki, rayonun 12-13 yaşlı 
								şagirdlərindən ibarət futbol komandası AFFA 
								tərəfindən keçirilən və bu günlərdə başa çatan 
								Azərbaycan çempionatında iştirak edərək  
								turnirin gümüş medalını qazanıb. 
								
								
								
								Niyazi RƏHİMOV  |