| 
								 
								
								Bakıdakı  31 nömrəli  orta məktəbdə  
								1941-1945-ci illər  Böyük Vətən  müharibəsində 
								qələbənin  65-ci  ildönümünə  həsr olunmuş 
								tədbir keçirildi.Tədbiri giriş  sözü ilə açan 
								məktəbin direktoru Şükufə  Məmmədsalahova faşist 
								Almaniyası  üzərində çalınan qələbənin təkcə 
								bizim üçün deyil, dünyanın bütün sülhsevər 
								insanları  üçün  tarixi hadisə olduğunu diqqətə 
								çatdırdı. 
								
								
								Sonra  məktəblilər  vətən, müharibə, sülh, 
								torpaq  haqqında şeirlər söylədilər, mahnılar 
								oxudular, rəqs etdilər, səhnəciklər göstərdilər. 
								
								
								Söz  veteranlara verildi. Azərbaycan 
								Respublikası  Veteranlar Şurasının sədri İslam 
								Əfəndiyev, 416-cı Taqanroq   diviziyasının 
								döyüşçüsü  Əmiralı  Əmiralıyev  və Qarabağ 
								müharibəsi veteranı,  gənclərin çağırışaqədərki 
								hazırlıq üzrə rəhbəri  Novruz  Babayev 
								müharibənin ağrılı - acılı günlərindən, 
								keçdikləri şərəfli döyüş yolundan, şahidi 
								olduqları  bir çox  dəhşətli anlardan bəhs 
								etdilər.  
								
								
								Sonda  Əmiralı  Əmiralıyev  qələbənin əldə 
								edilməsində  Azərbaycan  xalqının  
								qəhrəmanlığını özündə əks etdirən "Mənalı ömür 
								yolu" kitabını məktəbin pedaqoji kollektivinə 
								hədiyyə etdi.  Veteran onlara  göstərdiyi diqqət 
								və qayğıya görə bütün veteranlar adından dövlət 
								başçısı İlham Əliyevə öz minnətdarlığını ifadə 
								etdi. 
								
								
								
								Sifai SƏFƏROVA  |