| 
								 
								
								 Naxçıvan  
								Dövlət  Universitetində  xalqımızın  
								ümummilli  lideri  Heydər  Əliyevin anadan  
								olmasının  87-ci ildönümünə  həsr  olunan   
								fakültələrarası  viktorina keçirildi. 
								 
								
								
								Bilik  yarışmasından əvvəl  çıxış  edən  
								universitetin tərbiyə işləri üzrə prorektoru, 
								fəlsəfə elmləri doktoru Məmməd Rzayev 
								viktorinanın  keçirilməsində  məqsədin 
								tələbələrin  dahi  öndər, parlaq  şəxsiyyət  
								Heydər  Əliyevin həyat və fəaliyyətini  
								dərindən  öyrənmələrindən və bu  sahədəki 
								biliklərinin artırılmasından ibarət  olduğunu 
								diqqətə  çatdırdı,  bütün komandalara uğurlar 
								dilədi.  
								
								
								NDU Tələbə Gənclər Təşkilatının sədri, 
								Azərbaycan TGTİ İctimai Birliyinin sədr müavini 
								Arzu Abdullayev  yarışmanın  məqsəd və 
								vəzifələrindən danışdı,  viktorinanın şərtləri 
								haqqında ətraflı məlumat verdi.  
								
								
								3 turdan  ibarət olan yarışmada  universitetin 
								10  fakültəsinin və magistratura şöbəsinin 
								komandaları    birincilik  uğrunda gərgin   
								mübarizə apardılar. Finala  vəsiqə  qazanan  
								komandalar  universitetin  hüquq  fakültəsinin 
								"Fikir", fizika-riyaziyyat fakültəsinin "Şərqin 
								qapısı" və iqtisad fakültəsinin "Vətən" 
								komandaları oldular. Yüksək  zəka və fəallıq 
								nümayiş etdirən "Vətən" komandası  birincilik 
								qazandı.  
								
								
								Qalib komandalara NDU Tələbə Həmkarlar Komitəsi 
								tərəfindən diplomlar və xatirə hədiyyələri 
								təqdim edildi. 
								
								
								*** 
								
								
								Naxçıvan Özəl Universitetində Heydər 
								Əliyev lektoriyasının növbəti məşğələsi 
								keçirilmişdir.  
								
								
								"Heydər Əliyevin işi və əməlləri yaşayır" 
								mövzusunda məşğələ başlanmazdan əvvəl ulu 
								öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad 
								edilmişdir. Lektoriyanı giriş sözü ilə 
								universitetin tədris və elmi işlər üzrə 
								prorektoru, tarix elmləri namizədi, dosent 
								İbrahim Kazımbəyli açaraq dahi şəxsiyyət Heydər 
								Əliyevin müasir Azərbaycan dövlətinin 
								yaranmasında, inkişafı və beynəlxalq aləmdə 
								tanınmasında göstərdiyi misilsiz xidmətlərindən 
								danışmışdır.  
								
								
								Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər 
								Əliyev Azərbaycan xalqının tarix boyu 
								yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq 
								bu gün də milyonlarla insanın qəlbində yaşayır. 
								Həyatının mənasını xalqa və dövlətə xidmətdə 
								görən ulu öndərimiz bu müqəddəs  amal uğrunda ən 
								çətin sınaqlara mərdliklə sinə gərən millət 
								fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə 
								xatırlanır.  
								
								
								Bildirilmişdir ki, Heydər Əliyevin həyat və 
								fəaliyyəti böyük bir məktəbdir və daim 
								öyrənilməlidir. Bir daha vurğulanmışdır ki, 
								ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır. 
								Azərbaycan xalqı, bütün türk dünyası və 
								qədirbilən bəşəriyyət onu heç vaxt 
								unutmayacaqlar. 
								
								
								*** 
								
								
								Aprelin 29-da Bakıdakı 42 nömrəli orta 
								məktəbdə ümummilli lider Heydər Əliyevin 
								anadan olmasının 87-ci ildönümü münasibətilə 
								"Bir dahinin ad günüdür" adı ilə gül bayramı - 
								təntənəli tədbir keçirilib. Məktəbin foyesində 
								və geniş dəhlizində şagirdlərin Heydər Əliyevin 
								ildönümünə həsr etdikləri müxtəlif səpgili əl 
								işləri sərgilənib. Kətanlarda əl ilə çəkilmiş 
								rəsmlər, toxuculuq işləri, respublikamızın 
								dövlət atributlarını, xəritəsini və tarixi 
								abidələrini nəfis şəkildə əks etdirən müxtəlif 
								rəngli muncuqlardan hazırlanmış işlər qonaqların 
								marağına səbəb olub. 
								
								
								Sonra qonaqlar, məktəbin müəllim və şagirdləri 
								akt zalına toplaşıblar. Azərbaycanın Dövlət 
								himni səsləndirilib. 
								
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Firəngiz Həmidova ulu öndər Heydər Əliyevin 
								həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən 
								qısa məlumat verib. Ümummilli liderin anadan 
								olmasının 87-ci ildönümü münasibətilə belə 
								tədbirlərin bütün ümumtəhsil məktəblərində və 
								digər sahələrdə qeyd edildiyini vurğulayıb.
								 
								
								
								Məktəbin kiçikyaşlı şagirdləri ulu öndərə və 
								onun layiqli davamçısı Prezident İlham Əliyevə 
								həsr edilmiş müxtəlif şeirlər söyləyib, mahnılar 
								oxuyublar. Monitor vasitəsilə ulu öndər Heydər 
								Əliyevin və Prezident İlham Əliyevin həyat və 
								fəaliyyətini əks etdirən film nümayiş etdirilib. 
								
								
								Çıxışlarda müstəqil Azərbaycan Respublikasının 
								memarı və qurucusu Heydər Əliyevin 50 milyonluq 
								azərbaycanlılar tərəfindən həmişə hörmətlə 
								anılacağı və sevgi ilə xatırlanacağı qeyd 
								edilib. 
								
								
								*** 
								
								
								 Aprelin 27-də Bakıdakı 15 nömrəli orta 
								məktəbdə xalqımızın ümummilli lideri Heydər 
								Əliyevin anadan olmasının 87-ci ildönümü 
								münasibətilə tədbir keçirildi. Məktəbin 
								direktoru Şəhla Əmrahova tədbir iştirakçılarına 
								ömrünü, taleyini, bütün varlığını xalqına 
								bağışlayan əvəzolunmaz şəxsiyyət, xalqımızın 
								ümummilli lideri Heydər Əliyevin həyat yolu, 
								misilsiz xidmətləri haqqında geniş məlumat 
								verdi. Qeyd edildi ki, Heydər Əliyev xalqı üçün, 
								Vətəni üçün yaşadı, yaratdı. O, sevgisini öz 
								əməlləri ilə sübuta yetirdi. Müstəqil 
								Azərbaycanın həm rəhbəri, həm də memarı olan bu 
								dahi şəxsiyyət xalqımız yaşadıqca yaşayacaqdır. 
								
								
								Tədbirin aparıcıları Aygün və Arzu ulu öndər 
								Heydər Əliyevin xalqımız üçün misilsiz 
								xidmətlərindən danışdılar. Onlar şagirdlərin 
								ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl 
								işlərini nümayiş etdirdilər. 
								
								
								Şagirdlər Heydər Əliyevə həsr etdikləri mahnı, 
								şeir və rəqslərlə həmin günü daha da yaddaqalan 
								etdilər. 
								
								
								Tədbirin sonunda ulu öndərə həsr olunan film 
								nümayiş olundu. 
								
								
								*** 
								
								
								Bakıdakı A.Eyvazov adına 275 nömrəli orta 
								məktəbdə ümummilli lider Heydər Əliyevin 
								anadan olmasının 87-ci ildönümünə həsr edilmiş 
								"Ulu öndər və Azərbaycan məktəbi" mövzusunda 
								tədbir və gül bayramı keçirilib. 
								
								
								Tədbir iştirakçıları məktəbin foyesində və 
								dəhlizində açılmış şagirdlərin əl işlərindən 
								ibarət sərgi ilə tanış olublar.  
								
								
								Toplantını giriş sözü ilə açan məktəbin 
								direktoru Elmira İsmayılova ulu öndərin anadan 
								olmasının ildönümü münasibətilə keçirilən 
								tədbirin təsadüfi xarakter daşımadığını, 
								ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin 
								daima qəlblərdə yaşadığının bariz nümunəsi 
								olduğunu qeyd edib. O, ulu öndərin 2002-ci ildə 
								bu təhsil ocağında olmasından və görüş zamanı 
								tövsiyə xarakterli, dərin məzmunlu çıxışından 
								söz açıb. Ulu öndərin bu gəlişindən ruhlanan 
								məktəbin müəllim və şagirdlərinin sonrakı 
								illərdə daha yeni nailiyyətlər əldə etdiklərini 
								diqqətə çatdırıb. 
								
								
								Sonra Azərbaycan Respublikasının Dövlət himni 
								səsləndirilib. Çıxış edənlər dünya siyasətinin 
								nəhəngi, Azərbaycan xalqının müdrik oğlu, 
								müstəqil Azərbaycan Respublikasının memarı və 
								qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən, 
								xalqı üçün yaratdığı xarüqələrdən, ömrünü 
								Vətəninə və millətinə həsr etməsindən söz 
								açıblar. Natiqlər, bu gün ümummilli lider Heydər 
								Əliyevin siyasətini ləyaqətlə davam etdirən 
								hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 
								gərgin əməyi sayəsində ölkəmizin gündən-günə 
								çiçəklənməsindən, xalqımızın firavan 
								yaşamasından danışıblar. 
								
								
								Sonra məktəbdə çoxdan yaradılmış, son zamanlar 
								zənginləşdirilərək yeniləşdirilmiş "Ulu öndər və 
								Azərbaycan məktəbi" guşəsinin açılışı olub. 
								Açılışdan sonra bir sıra müsabiqə və yarışların 
								qalibi olmuş məktəbin müəllim və şagirdlərinə 
								medallar, diplomlar və fəxri fərmanlar təqdim 
								edilib. 
								
								
								Söz şagirdlərə verilib. Onlar ümummilli lider 
								Heydər Əliyevə həsr edilmiş mahnılar oxuyub, 
								şeirlər söyləyiblər. Monitor vasitəsilə ulu 
								öndərin həyat və fəaliyyətindən bəhs edən 
								görüntülər nümayiş etdirilib. Ümummilli liderin 
								layiqli davamçısı hörmətli Prezidentimiz İlham 
								Əliyevin apardığı daxili və xarici siyasəti 
								işıqlandıran görüntülər də monitor vasitəsilə 
								göstərilib.  
								
								
								*** 
								
								
								Respublikamızın bütün bölgələrində olduğu kimi,
								Bərdə rayonunda da ulu öndər Heydər 
								Əliyevin anadan olmasının 87-ci ildönümü 
								münasibətilə silsilə tədbirlər keçirilir. Belə 
								tədbirlərdən biri də rayon təhsil şöbəsi və Yeni 
								Azərbaycan Partiyası Bərdə rayon təşkilatının 
								birgə keçirdikləri "Bir xalqın borclu olduğu 
								soyad" mövzusundakı inşa müsabiqəsidir. 
								Müsabiqədə ümumtəhsil məktəblərindən 120 şagird 
								iştirak edib. Ümummilli lider Heydər Əliyevin 
								həyat və fəaliyyətini əks etdirən inşalar 
								münsiflər heyəti tərəfindən qiymətləndirilib.
								 
								
								
								Qaliblər fəxri diplom və hədiyyələrlə 
								mükafatlandırılıblar.   |