| 
								 
								
								 Bakıdakı 
								46 nömrəli orta məktəbdə Böyük Vətən 
								müharibəsində qələbənin 65 illiyi münasibətilə 
								tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan 
								təhsil ocağının rəhbəri Sevinc Budaqova 
								qonaqları salamlayaraq veteranları təbrik etdi 
								və   bu kimi mərasimlərin keçirilməsinin 
								şagirdlərin təlim-tərbiyəsinə müsbət təsir 
								göstərdiyini və onların şəxsiyyət kimi 
								formalaşmasına kömək etdiyini bildirdi. 
								
								
								Şagirdlər qələbə gününü şeirlərlə, mahnılarla, 
								müxtəlif rəqslərlə, səhnəciklərlə  unudulmaz 
								xatirəyə çevirdilər. 
								
								
								Müharibə veteranları tədbirin təşkilatçılarına 
								minnətdarlıqlarını bildirdilər, şagirdlərə 
								müharibədə göstərdikləri şücaətlərdən bəhs 
								etdilər. 
								
								
								Tədbirin sonunda Böyük Vətən  müharibəsində 
								qələbənin  65  illiyinə  həsr  olunmuş  film  
								nümayiş olundu.  
								
								
								
								Rəşad ZİYADOV   |