| 
								 
								
								Təhsil Portalında (www.edu.az) 
								yerləşən Elektron Dərslər İdarəetmə Proqramı 
								AeL-ə loqo-linkinə daxil olan valideyn şagirdin 
								qiymətləri və davamiyyəti haqqında məlumatları 
								öyrənə bilər. "2008-2012-ci illərdə Azərbaycan 
								Respublikasında təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
								çərçivəsində yaradılan təhsil portalında bu 
								məlumatlar  valideynin elektron nəzarət 
								səhifəsində yerləşdirilir.  
								
								
								Elektron nəzarət səhifəsində şagirdin Məktəbli 
								kitabçası və Davamiyyət jurnalı 
								yerləşdirilmişdir. Burada valideynlər şagirdin 
								qiymətləri, davamiyyəti haqqında məlumat əldə 
								edə bilərlər. Bundan əlavə, proqram vasitəsilə 
								məktəbin direktorluğu, müəllimləri və digər 
								valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, 
								məktəbin fəaliyyəti ilə bağlı elanlar (valideyn 
								iclasları, yığıncaqlar, iməciliklər) ilə tanış 
								olmaq imkanı da vardır. Tədrisin 
								idarəolunmasının avtomatlaşdırılması qiymətlərin 
								onlayn olaraq avtomatik məktəb idarəetmə 
								proqramından daxil edilməsinə şərait yaradır. Bu 
								isə şagirdə qiymət qoyulduğu anda valideynin bu 
								məlumatı İnternet vasitəsilə görə bilməsinə  
								imkan verir.  
								
								
								Proqram təminatı hər bir valideynə yalnız onun 
								övladının qiymətlərinə elektron jurnalda baxmaq 
								imkanı yaradır. Valideynlər üçün nəzarət 
								səhifəsinin olması gündəlikləri mütəmadi yoxlama 
								prosedurunu da aradan qaldırır. Həmçinin, 
								elektron nəzarət səhifəsini informasiya 
								nöqteyi-nəzərindən valideyn iclasında iştirakla 
								müqayisə etmək olar.  
								
								
								Valideyn iclaslarında iştirak edə bilməyənlər 
								bütün məlumatları nəzarət səhifəsindən əldə edə 
								biləcəklər.  
								
								
								
								Şakir CƏFƏROV  |