| 
								 
								
								Türkiyə Cümhuriyyətinin Elazığdakı Fırat 
								Universitetinin təmsilçiləri Naxçıvan Dövlət 
								Universitetində oldular. NDU-nun rektoru, 
								akademik İsa Həbibbəyli qonaqları salamlayaraq, 
								"bir millət, iki dövlət" məramının 
								universitetlərarası əlaqələrdə də uğurla təzahür 
								etdiyini vurğuladı. Naxçıvan Dövlət 
								Universitetinin Türkiyənin Ankara, Qars, 
								Kocaeli, Erciyəz universitetləri ilə sıx 
								əməkdaşlıq etdiyini xatırladan rektor xüsusilə 
								də Elazığ Universiteti ilə tərəfdaşlığın bütün 
								türk dünyası universitetlərinə örnək ola 
								biləcəyini söylədi. Görkəmli ədəbiyyatşünas 
								Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə 
								tutulan "Elazığ çələngi" adlı şeirlər toplusunun 
								əhəmiyyətindən də bəhs etdi. 
								
								
								Elazığ Universitetinin İnsani və sosial bilimlər 
								fakültəsinin türk dili və ədəbiyyatı müəllimi, 
								dosent, doktor Tarih Özcan səmimi qarşılanma 
								üçün minnətdarlığını bildirərək elmi-mədəni 
								əlaqələrin inkişafında, müştərək tədbirlərin 
								həyata keçirilməsində universitet rektorlarının 
								- professor, doktor Feyzi Bingöl və akademik İsa 
								Həbibbəylinin fəaliyyətlərinin böyük rol 
								oynadığını bildirdi.  
								
								
								Görüşdə türk dünyasında elmin, təhsilin 
								tərəqqisi üçün birgə həyata keçiriləcək 
								planlardan söz açıldı.   |